Qəpiklər dövriyyədən çıxarılır? - Mərkəzi Bank açıqlama

img

08-09-2016 [11:37]


Azərbaycan Mərkəzi Bankı "Metal pul nişanlarının məhv edilməsi sistemlərinin satın alınması” üzrə tender məsələsinə aydınlıq gətirib.

Mərkəzi Bank xüsusi məlumatda bildirib ki, tenderin məqsədi KİV-də yanlış şərh edilib.

"Söhbət dövriyyədən çıxan yararsız metal pul nişanlarından gedir. Hazırda metal pul nişanları dövriyyədədir və onların tədavüldən çıxarılması planlaşdırılmır”, – məlumatda deyilir.

Qeyd olunub ki,  metal pul nişanları artıq 10 ildən çoxdur dövriyyədədir və bu müddətdə təbii olaraq yararsız hala düşmüş qəpiklər Mərkəzi Bank tərəfindən mütəmadi olaraq yeniləri ilə əvəzlənir. Analoji sistemlər yararsız hala düşmüş və tədavüldən çıxarılmış kağız pul nişanları üçün də mövcuddur.

Qeyd edək ki, Mərkəzi Bankın tender elanı ilə bağlı bəzi KİV metal pulların dövriyyədən çıxarılması barədə məlumatlar yayıb.

Turan


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA