07-09-2016 [21:51]
"Nə keçmiş MTN, nə Beynəlxalq Bank, nə də Rabitə Nazirliyi ilə bağlı həbslərdən dərs çıxarılmadı. Yenə kimlərsə öz işindədir. Dollar ajiotajı məqsədli şəkildə yaradılıb”.
Belə sərt və sensasiyalı iddia ilə Vergilər Nazirliyinin keçmiş əməkdaşı, maliyyəçi Qulu İbrahimli çıxış edib.
"AzPolitika”nın məlumatına görə, Q.İbrahimli "Facebook”-da paylaşdığı yazısında manatın kəskin devalvasiyasının neftin qiyməti ilə az əlaqəsi olduğunu da iddia edib. Ekspert yazır: "Manatın devalvasiyasının neftin qiyməti ilə əlaqəsi olmadığına daha bir sübut! Dövlət Neft Fondu (DNF) 2016-cı ilin 2-ci rübündə dövlət büdcəsinə nəzərdə tutulan transfert həddində bazarda satdığı valyutadan əldə etdiyi gəliri dövlət büdcəsinə tam köçürməyib. Nəticədə cari ilin 6 ayında DNF üzrə dövlət büdcəsinin gəlir proqnozu 1,9 milyard manat və ya 51,7% az icra olunub. Bu isə o deməkdir ki, DNF valyuta satışından əldə olunan gəliri özünün Mərkəzi Bankdakı manat hesabında saxlayıb, Dövlət Xəzinədarlığının elə Mərkəzi Bankda olan manat hesabına köçürməyib. Xatırladım ki, həmin vəsaitin istər DNF, istərsə də DXA-nin hesabında olmasının Mərkəzi Bankın analitik balansı və emissiya nöqteyi-nəzərdən elə bir fərqi yoxdur – hökumət qarşısında öhdəliklər komponenti kimi, "Mərkəzi Bankın pulu” qrupu altında eyni statusa malikdirlər.
Sadəcə Maliyyə Nazirliyi böyük məbləğdə büdcə profisiti yaratmamaq üçün həmin vəsaitləri büdcə mədaxilinə salmayıb. Burdan da görünür ki, dövlət büdcəsinin DNF üzrə gəlir proqnozu faktiki icra olunub, kəsir formal xarakter daşıyır. İlk baxışdan görünür ki, inflyasiyanın qarşısını almaq məqsədilə, gəlirlərə aid edilməyib ki, xərclənməsi mümkün olmasın. Amma gələcək aylarda dövlətin xarici borcuna xidmət məqsədilə valyuta alışı üçün nəzərdə də tutula bilər.
Mərkəzi Bankın xalis valyuta aktivlərinin artmadığı halda, Dövlət Neft Fondunun və Dövlət Xəzinədarlığının Mərkəzi Bankdakı manat hesablarındakı vəsaitin həcminin artması, manatın ucuzlaşmasını labüd edir. Mövcud məzənnə siyasətini MB-ın balansının vəziyyətinə görə dəyərləndirmək lazımdır.
Burdan da görünür ki, manatın məzənnəsini qorumaq məqsədilə, Neft Fondunun xaricdəki valyuta aktivlərindən müəyyən hissənin ölkəyə gətirilib satışa çıxarılması təklifinin elmi və təcrübi əsası yoxdur, onun həyata keçməsi manata əlavə təzyiq yaradar. Neft Fondunun dövlət büdcəsində nəzərdə tutulan transfert həcmində satdığı valyutadan əldə etdiyi gəliri heç dövlət büdcəsinə köçürə bilməməsi də bunu sübut edir.
Qeyd edilənlərdən də görünür ki, manatın kəskin ucuzlaşmasının neftin qiymətinin aşağı düşməsi ilə əlaqəsi azdır. Bu gün neft 100 dollar da olsaydı, eyni problemlər olacaqdı. Ölkənin maliyyə-bank sistemində yaranmış böhran vəziyyəti Beynəlxalq Bankın problemli aktivlərini sağlamlaşdırmaq məqsədilə Mərkəzi Bankın ona vəsait ayırması, habelə Dövlət Neft Şirkətinin Neft-Kimya Kompleksi layihəsinə kredit ayırması ilə bilavasitə bağlıdır. Nəticədə Mərkəzi Bankın balans vəziyyəti pisləşmişdir. Həm də bu tədbirlər "Mərkəzi Bank haqqında” qanuna ziddir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi