Bu xarici şirkətlər Azərbaycanı tərk edir - Siyahı

img

07-09-2016 [10:48]


Azərbaycanda 3 xarici şirkətin nümayəndəliyi ləğv olunur.

Nümayəndəliyini bağlayan şirkətlərdən biri "China Geo-Engineering Corporation İnternational” MMC-dir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti,15, məhəllə 1212 ünvanına bildirə bilərlər.

Azərbaycanı tərk edən 2-ci şirkət Böyük Britaniyaya məxsus "Cadbury CIS B.V.”-dir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Neftçilər prospekti 153, "Port Baku Taures” Biznes Mərkəzi (Cənub Qülləsi), 9-cu mərtəbə ünvanına bildirə bilərlər.

Bundan başqa, Türkiyəyə məxsus "Elit” MMC Azərbaycanda filialının ləğv olunduğunu elan edib. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, mənzil 3 ünvanına bildirə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA