07-09-2016 [09:35]
"Dollar kreditinin qurbanı olmuşam. "UniBank"dan ötən il, devalvasiyadan əvvəl 18 aylıq kredit götürmüşdüm. Dolların 0,78 qəpik olan vaxtı idi. Ötən ildən bu yana, o pulu artıqlamasıyla ödəmişəm”.
Mia.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Xaqani Səfəroğlu "Facebook" səhifəsində yazıb.
Jurnalistin sözlərinə görə, 2015-ci ilin yanvarında ona 3000 dollar ( 2340 manat) kredit verilib. O isə son 18 ayda (2015-ci ilin fevralından -2016-cı ilin avqustuna qədər) banka 2750 manat ödəyib: "Dolların 78 qəpik olan kursunu götürsək, bu 3240 dollar edir".
Jurnalist bildirir ki, müqavilə öhdəliyi ilə onun banka artıq borcu yoxdur:
"Bir neçə gün əvvəl bankdan bəyan edilib ki, mənim hələ 2900 dollar da (5000 manat) borcum var və bunu ödəməliyəm. Bu məbləğ iki devalvasiyadan sonra yaranmış borcdur. Mənə bildirlidi ki, dolların qiymətinin artması ilə borc da qalxır. Borcu tam bağlamaq üçün bundan sonra 2017-ci ilin avqustuna qədər hər ay 500 manat ödəməliyəm. Əgər tutaq ki, hər ay 150, 200 manat ödəsəm, o zaman bu borcun müddəti qeyri-müəyyən zamana qədər uzanır.
Məsələn, əgər sabah dollar 2 manat, biri gün 3 manat, o biri gün 4 manat olsa, mənim borcum bu kursa uyğun hesablanacaq. Yəni, mən qiyamətə qədər banka borclu qalacağam. Bu, absurddur”.
X.Səfəroğlunun sözlərinə görə, aylıq əmək haqqısı bu məbləği ödəməyə imkan vermir. Bundan sonra da imkan verməyəcək:
"Belə çıxır biz ailəliklə ac qalıb, banka pul ödəməliyik.
Mən, devalvasiyadan sonra yaranmış borc öhdəliyimi qeyri-qanuni hesab edirəm və dövlətin bu məsələyə münasibətini bildirməsini istəyirəm.
Mən, Azərbaycanın baş naziri Artur Rəsizadəyə, maliyyə naziri Samir Şərifova müraciət edirəm.
Dollar kreditinin bu formada qurbanı olmuş şəxslərin taleyinə biganə yanaşmasınlar. Sivil dövlətlərdə bu problemin həlli yolları var. Lakin Azərbaycan hökuməti məsələ ilə bağlı heç bir addım atmır. Əgər bu müraciətimə cavab verilməsə, mən, Azərbaycan prezidenti, cənab İlham Əliyevə müraciət etməli olacağam”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi