05-09-2016 [14:25]
Seymur VERDİZADƏ
Üç il əvvəl qohumlarımdan biri xahiş-minnət etdi ki, telefon nömrəmi kredit götürmək istədiyi bankın əməkdaşına verməyinə razı olum.
Mən həmişə qohum-qardaşa, dost-tanışa əl tutmağın, kömək etməyin tərəfdarı olmuşam. Kiməsə maddi yardımda bulunmağa gücüm çatmasa da, heç kimdən mənəvi dəstəyimi əsirgəməmişəm. Bəzən iki kəlmə xoş söz, quru bir təsəlli insanın həyatına yön verir, onu qaranlıq quyuya düşməkdən xilas edir.
Məsələyə bu kontekstdən yanaşdığım üçün o vaxt qohumumun telefon nömərəmi kredit götürmək istədiyi bankın əməkdaşına verməyinə etiraz etmədim. Fikirləşdim ki, əgər qohumuma pul verə bilmirəmsə, heç olmasa, telefon nömrəmi ondan əsirgəməyim. Əminəm ki, bu sətirləri oxuyanların əksəriyyəti bu cür davranardı. Ayaqda qalmaq istəyiriksə, çətin anlarda bir-birimizə əl tutmağa, yardım etməyə borcluyuq...
Ertəsi gün tanımadığım nömrədən telefonuma zəng gəldi. Cavan bir oğlan ədəb-ərkanla salam verib, özünü təqdim etdi. İlk sualı dünən telefon nömrəmi istəyən qohumumla bağlı oldu. Onu tanıyıb-tanımadığımı soruşdu. Dedim ki, həmin adam yaxın qohumum olduğu üçün onu yaxşı tanıyıram. Sizi maraqlandıran bütün suallara cavab verə bilərəm.
Oğlan əl-ayağa düşdü: "Müəllim, narahat olmayın, biz sadəcə məlumatı dəqiqləşdirmək istəyirik”.
Bank işçisinin sağollaşmaq niyyətində olduğunu başa düşəndə gələcək yazılarım üçün fakt toplamaq məqsədilə onu sorğu-sual etdim.
Söhbət əsnasında məlum oldu ki, qohumum onlardan 1000 manat kredit istəyir. Qohumumun bankdan götürmək istədiyi 1000 manatı səmərəli xərcləyəcəyinə əmin olmadığım üçün xəbərdarlıq etməyi özümə borc bildim: "Pul sizindir, istəsəniz, 10 000 manat da verə bilərsiniz. Amma onu da nəzərə alın ki, pul vermək istədiyiniz şəxs, yəni, mənim əziz qohumum hazırda 6 banka kredit ödəyir”.
Oğlan sözümü tamamlamağa imkan vermədi: "Doğrudan?”
Bu dəfə cavabım konkret oldu: "Əgər mənə inanmırsınızsa, özünüz araşdıra bilərsiniz”.
Bununla da söhbətimiz başa çatdı. Həmin bank işçisi tələsik sağollaşıb, telefonu söndürdü.
İki gün sonra qohumum mənə zəng etdi. Telefonun ekranında onun nömrəsini görəndə, barmağımı dişlədim: "Yəqin, mənim sözlərimdən sonra ona kredit verməyiblər...”.
Amma gözlədiyimin əksi oldu. Qohumum məzəmmət əvəzinə mənə təşəkkür etdi: "Qardaş, sənə halal olsun. Onlarla necə danışmısansa, çatan kimi 1000 manatı sayıb, ovcumun içinə qoydular”.
Aramızda yaş fərqi olduğu üçün qohumumun məni ələ salması mümkün deyildi. Üstəlik, onun səsində ironiya hiss olunmurdu, ciddi, səlis danışırdı. Bəs, nə baş vermişdi?
Jurnalist marağı güc gəldiyi üçün banka zəng vurub, qohumumun müraciətinə müsbət cavab verilərkən hansı amilin əsas götürüldüyünü soruşdum.
Kredit şöbəsinin əməkdaşı iki gün əvvəl olduğu kimi, yenə ətraflı izahat verdi: "Siz bizimlə söhbət zamanı qohumunuzun 6 bankdan kredit götürdüyünü dediniz. Apardığımız araşdırmalar zamanı bu fakt öz təsdiqini tapdı. Altı bankdan kredit götürmək vətəndaşın ödəniş qabiliyyətinin yüksək olduğuna dəlalət edir. Bu amili nəzərə alıb, ona kredit ayrılmasına qərar verdik”.
Oğlan mənimlə son dərəcə mədəni rəftar etsə də, bu sözləri deməkdən özümü saxlaya bilmədim: "Yaxşı eləyib kredit vermisiniz. Amma yadınızda saxlayın, bu, 6 arvadı olan kişiyə qız verməyə bənzəyir”.
Oxucuları intizarda qoymaq istəmədiyim üçün söhbəti uzatmadan nəticəni yazıram: qohumum daha bir bankdan kredit götürəndən sonra iflas etdi. İndi başda qohumumun ödəniş qabiliyyətini yüksək qiymətləndirən həmin oğlan olmaqla, 8 bankın əməkdaşı gecə-gündüz onun arxasınca sürünür...
Hazırda Azərbaycanda problemli kreditlərin məbləği 1 milyard manatı ötüb. Yüz minlərlə insan banklarla məhkəmə çəkişməsindədir. Mövcud vəziyyətin yaranmasını təkcə vətəndaş məsuliyyətsizliyi ilə əlaqələndirmək düzgün deyil.
Təəssüflər olsun ki, Azərbaycanda banklar özlərinin pul-kredit siyasətini düzgün qura bilməyiblər. Hələ də anlaya bilmirəm ki, aylıq qazancı 150 manatı ötməyən adama hansı ağılla 3 min dollar kredit veriblər? Yüksək faizlər müştərilərin qəddini əyib. Banklar neçə illərdi zəli kimi əhalinin qanını sormaqla məşğuldur.
Bir tanışım 2 il əvvəl 3000 dolalr kredit götürüb. Bu günə kimi banka 3100 dollar vəsait ödəyib. İndi məlum olur ki, hələ 3200 dollar borcu qalır.
Bu faiz dərəcəsini kim müəyyənləşdirib? Banklara əhalini talan etməyə kim ixtiyar verib?
Çəkinmədən deyə bilərik ki, Azərbaycanda fəaliyyət göstərən banklar kütləvi narazılıq mənbəyidir. Ötən həftə bir məhkəmə icraçısı dedi ki, son 9 ayda 220 nəfərin pensiya kartını əlindən alaraq, bank əməkdaşlarına təhvil veriblər. Hansı ki, dövlətin ayırdığı vəsait qoca və xəstələrin yeganə dolanışıq mənbəyidir. Yetmiş-səksən yaşlı adamları pensiya kartından məhrum etmək onları ölümə məhkum etməkdir.
Görünür, hökumətdə təmsil olunan yetmiş-səksən yaşlı adamların pensiya kartına ehtiyacları olmadığı üçün vəziyyətin ciddiliyini anlaya bilmirlər...
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib