Rövnəq Abdullayev: “Əgər biz dediyimiz şərtlərlə satmasalar, almayacağıq"

img

05-09-2016 [12:31]


"SOCAR Rusiyanın "Qazprom" şirkətindən qaz alınmasına dair heç bir danışıq aparmır".

Bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

"Heç bir danışıq aparılmır. Bizə yataqlara vurulan texniki qaz lazım idi. Əgər biz dediyimiz şərtlərlə qaz satacaqlarsa, alacağıq. Əgər biz dediyimiz şərtlərlə satmasalar, almayacağıq. Ümumilikdə, bizim üçün qaz almaq o qədər də vacib deyil", - deyə R. Abdullayev qeyd edib.

Qeyd edək ki, bundan öncə "Qazprom TransQaz Mahaçqala" MMC-nin baş direktoru Aleksandr Astanin deyib ki, şirkət Azərbaycana illik 3-5 mlrd. kubmetr qazın nəqli ilə bağlı danışıqlar aparır. Onun sözlərinə görə, yaxın gələcəkdə bununla bağlı müvafiq müqavilələrin imzalanması nəzərdə tutulub.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA