04-09-2016 [15:45]
Nazirlər Kabineti "İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası”nı təsdiq edib.
Bu Qayda "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin ipoteka kreditləşməsinə yönəltdiyi vəsaitin əhali tərəfindən təmirli yaşayış sahələrinin alınmasına ayrılması zamanı yaşayış sahəsinin 1 kvadratmetri üçün ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətini müəyyən edir.
Yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiyməti ipoteka kreditləşməsi zamanı təqdim edilən yaşayış sahələri üzrə satış qiymətlərinin yuxarı həddinin müəyyən edilməsi, habelə əhalinin yaşayış sahələrinə artan tələbatının ödənilməsi üçün əlverişli maliyyə vəsaitlərinə çıxış imkanlarının, ipoteka kreditləşməsi sisteminin səmərəliliyinin artırılması məqsədi ilə müəyyənləşdirilir. Yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə Cəmiyyət tərəfindən rübdə bir dəfədən az olmayaraq bazar araşdırmaları aparılır.
Araşdırmalar zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın alqı-satqısı zamanı təşəkkül tapan qiymətlərin uçotu barədə məlumatları, Dövlət Statistika Komitəsinin mənzillərin və yaşayış evlərinin bazar qiymətləri barədə məlumatları, Azərbaycanda daşınmaz əmlak bazarında fəaliyyət göstərən müstəqil qiymətləndiricilərin beynəlxalq standartlara uyğun məlumatları, kütləvi informasiya vasitələrinin, müxtəlif nəşrlərin, İnternet şəbəkəsinin və digər mənbələrin elanları və reklam məlumatları mənbə kimi istifadə edilir.
Yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiyməti müəyyənləşdirilərkən aşağıdakı amillər nəzərə alınır:
-yaşayış sahəsinin təmirli olması;
– yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmış olması;
– yaşayış sahəsinin yerləşdiyi ərazi.
Cəmiyyət tərəfindən toplanmış məlumatlar yaşayış sahəsinin yerləşdiyi ərazi, otaqların sayı, ilkin və təkrar bazar göstəriciləri üzrə qruplaşdırılır. Toplanmış məlumatlar əsasında Cəmiyyətin İdarə Heyəti tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalar, ölkənin digər şəhər və rayon əraziləri üzrə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətləri müəyyən olunur və təsdiq üçün Cəmiyyətin Müşahidə Şurasına təqdim edilir.
Cəmiyyətin Müşahidə Şurası yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətini təsdiq etdikdən sonra bu məlumatlar Cəmiyyətin rəsmi internet səhifəsində yerləşdirilməlidir.
"Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurası orta bazar qiymətlərinə İdarə Heyətinin təklifləri əsasında 6 aydan gec olmayaraq, orta bazar qiymətləri üzrə 10 faiz və daha çox dəyişikliklər baş verdikdə isə dərhal baxır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi