?flydubai? zirkəti iyun ayından Suriyanın Lazkiyə zəhərinə uçuzlara bazlayır

img

27-04-2010 [04:09]


Bu gün Dubayın ilk qənaətcil hava yolları olan ?flydubai? şirkəti İyun ayından etibarən Suriyanın Lazkiyə şəhərinə uçuşlar təşkil edəcəyini elan edib. Lazkiyə şəhəri Dəməşq və Hələbdən sonra Suriyada seçilən 3-cü yeni istiqamətdir və şirkətin son ay ərzində elan etdiyi 5-ci yeni marşrutdur. ?flydubai? şirkəti Lazkiyəyə uçuşları iyunun 20-dən etibarən başlayacaq və bununla da öz şəbəkəsini 18 məntəqəyə qədər genişləndirəcək. Lazkiyəyə bir istiqamətli biletin qiyməti 96 ABŞ dolları təşkil edəcək. Biletin qiymətinə vergilər, bütün xərclər və 1 ədəd əl baqajı daxildir. ?flydubai? şirkətinin Baş Direktoru Qeyt Əl Qeyt deyib: ?Bizim Suriyada olan Dəməşq və Hələb kimi təyinat nöqtələrimizə Lazkiyənin əlavə edilməsi, Suriyanın ?flydubai? şirkəti üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. ?flydubai? şirkətinin sayəsində, Dubayda yaşayan suriyalı miqrantlar və Lazkiyənin 500,000 nəfərlik əhalisi keyfiyyətli, təhlükəsiz və qənaətcil hava səyahətindən istifadə edə biləcəklər?. Lazkiyə Suriyanın ən dinamik, ən müasir dəniz limanıdır və Hələb şəhərindən cənub-qərbdə yerləşir. Lazkiyə qədim zamanlardan bəri Suriyanın ticarət və kənd təsərrüfatı mərkəzi sayılır. Şəhər öz tütünü, pambığı və meyvələri ilə məşhurdur. Son zamanlar şəhər özünün təmiz çimərlikləri, əsrarəngiz dağları və zəngin arxeoloji irsi sayəsində birinci dərəcəli turizm mərkəzi kimi tanınmağa başlanıb. Biletləri artıq indidən ?flydubai? şirkətinin (flydubai.com) saytından yaxud səyahət agentliklərindən sifariş etmək olar. ?flydubai? şirkətinin modeli çox sadədir, sərnişinlər yalnız almaq istədikləri xidmətə görə pul ödəyirlər. Qiymətə çəkisi 10 kiloya qədər olan bir ədəd əl baqajı və bütün vergilər daxildir. Sərnişinlər cəmi 11 ABŞ dolları ödəməklə ilk yük çantalarını qeydiyyatdan keçirə bilərlər. Çəkisi maksimum 32 kiloya qədər olan ikinci çantaya görə isə sərnişinlər 28 ABŞ dolları ödəməklə qeydiyyatdan keçə bilərlər. Aeroportda yoxlanılmış baqaj onun üçün ayrılan yerə görə ciddi müzakirə obyektidir. Məhz bu səbəbdən sərnişinlərə qabaqcadan hər şeyi online şəkildə sifariş verməsi tövsiyə olunur. Bununla Siz bagajınız üçün yer təmin etmiş olursunuz, belə ki, yalnız öncədən alınmış baqaja təminat verilir. Nominal olaraq əlavə 1 ABŞ dolları 50 sent ödəməklə sərnişinlər təyyarədə öz yerlərini seçə bilər və cəmi 13 ABŞ dolları ödəməklə ayaqlar üçün daha geniş sahəsi olan yerləri ala bilərlər. Sifariş olunmuş biletlərin təbii ki, biletlər arasındakı fərqlər nəzərə alınmaqla kiçik bir məbləğə dəyişdirilməsi mümkündür. Yemək və içki də təyyarənin göyərtəsində alına bilər. ?flydubai? şirkəti Beynəlxalq Dubay Aeroportunun modernləşdirilmiş və genişləndirilmiş 2 saylı terminalında fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA