Gürcü nazir: "Biz SOCAR-la işləyəcəyik"

img

03-09-2016 [17:08]


Gürcüstan hökuməti ölkənin qazlaşdırılması və digər məsələləri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə həyata keçirəcək.
 
Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qonşu ölkənin energetika naziri Kaxa Kaladze deyib.
 
Bu məsələdə Rusiya və digər dövlətlərlə aparılan danışıqlara gəlincə isə nazir bildirib ki, bu məsələlər artıq həllini tapıb: "Biz SOCAR-la işləyirik və məsələ bağlanıb".
 
K.Kaladze onu da deyib ki, iki ölkə arasında əlaqələr inkişaf edir:
 
"Bugünlərdə biz Bakıda səfərdə olduq, çox səmərəli görüşlər keçirdik. Bu gün burada yeni qazpaylayıcı məntəqəsinin açılışını edirik. Gürcüstan əhalisinin təbii qazla təminatına Azərbaycan hökuməti yaxından kömək edir. Buna görə Azərbaycan prezidentinə minnətdarıq".
 
Marneuli rayonunun Qırıxlı kəndində keçirilən qazpaylayıcı məntəqəsinin açılış mərasımınə qatılan SOCAR prezidenti Rövnəq Abdullayev isə Prezident İlham Əliyevin salamlarını çatdırıb və deyib ki, SOCAR Azərbaycanda olduğu kimi Gürcüstanda da qazlaşdırma işlərini uğurla davam etdirir:
 
"İlin sonuna kimi daha 40 min abunəçi qazla təmin olunacaq. SOCAR Gürcüstan hökuməti qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA