ABŞ dolların bahalaşmasını təxirə salır - Şad XƏBƏR

img

02-09-2016 [17:00]


Avqust ayında ABŞ-da qeyri-aqrar sahədə 151 min yeni iş yeri açılıb.

"APA-Economics" ABŞ-ın Əmək Nazirliyinin açıqladığı statistikaya istinadən xəbər verir ki, "Reuters" agentliyinin sorğu keçirdiyi ekspertlər ötən ay 180 min yeni iş yerinin açılacağını proqnozlaşdırıb.

Qeyd edək ki, iyulda 275 min yeni iş yeri açılıb.

İşsizliyin səviyyəsi də proqnozlarla üst-üstə düşməyib. Bu göstərici 4,9% səviyyəsində qalıb. Halbuki, ekspertlər ötən ay işsizliyin səviyyəsinin 4,8% səviyyəsinə enəcəyini proqnozlaşdırıb.

Əsas diqqət yetirilməli olan göstərici işsizliyin səviyyəsinin artmasıdır. "APA-Economics"in proqnozuna əsasən, məhz işsizliyin səviyyəsinin artması səbəbindən Federal Ehtiyatlar Sistemini (FED) 20-21 sentyabr tarixlərində keçiriləcək toplantıda uçot dərəcəsini artırmayacaq (dolları bahalaşdırmayacaq). Statistik göstəricilər açıqlandıqdan sonra artıq bir çox birja iştirakçıları da məhz buna diqqət yetirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA