01-09-2016 [14:08]
"Bankların valyuta satışını, xüsusilə də dolların satışını məhdudlaşdırmasının əsas səbəbi odur ki, banklar tələb olunan valyutanı hərraclarda əldə edə bilmir. Son dövrlərdə müşahidə olunan odur ki, hərraclara çıxarılan valyutanın həcmi ümumi tələbatdan 10-11 dəfə aşağı olur. Bu da bankların öz valyuta satışlarını məhdudlaşdırması haqqında qərar qəbul etməsinə gətirib çıxardan amillərdən biridir".
Mia.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik-ə açıqlamasında deyib.
O bildirib ki, bankların ilk növbədə işi müştərilərinin qarşısında olan öhdəliklərini yerinə yetirməkdir:
"Yəni, onların valyuta tələblərini ödəməkdir. Hərraclardan istədikləri valyutanı ala bilmədikləri üçün bu gün artıq valyutanın alışı və satışı arasında, əsasən dolların alışı və satışı arasında demək olar ki, fərq minimum həddə qədər azalıb. Faktiki olaraq banklar daha çox hərraclarda keçiriləndən qat-qat baha qiymətə əhalidən, vətəndaşdan dollar yığımına başlayıb. Çünki, onlar öz müştərilərinin tələbatını ödəyə bilmir".
İqtisadçının sözlərinə görə, hazırda idxal ilə bağlı mövsüm dövrüdür və belə bir şəraitdə biznesin dollara tələbi artıb:
"Banklar daha çox bu istiqamətə üstünlük verir. Məhz bu səbəbdən də bəzi banklar demək olar ki, valyuta satışını həyata keçirmir və yaxud məhdudlaşdırıb. Yəni, burada sadəcə tələbatın ödənilməməsindən söhbət gedir və hərraca çıxarılan valyuta da kifayət qədər azdır".
"Hazırda neftin qiymətinin ucuz olduğu müddətdə manatın məzənnəsini itirmə ehtimalı davam edir. Bu proses bu gün müşahidə olunur və bundan sonrakı dövrlərdə də bu, özünü göstərəcək. Çünki, xüsusilə xarici ticarət saldosunda vəziyyət əvvəlki illərlə müqayisədə kifayət qədər Azərbaycanın əleyhinə dəyişib. Belə ki, əvvəlki dövrlərdə xarici ticarət saldosu müsbət 10-15 milyard dollar olduğu halda, hazırda bu göstərici bəzi aylarda hətta mənfiyə doğru yönəlib. Ümumi nəticədə isə mənfidir. Bu isə o deməkdir ki, ölkəyə daxil olan dolların həcmi kifayət qədər aşağı düşüb", – R.Həsənov vurğulayıb.
Onun fikrincə, əgər neftin qiyməti hansısa fors-major səbəblərdən qısa müddətə bahalaşmazsa, növbəti dövrlərdə manatın ucuzlaşması davam edəcək və bu, ucuz neft satışının müddətindən asılı olacaq: "Əgər 1-2 il Azərbaycan yenə də bugünkü qiymətlərlə neft satmış olarsa, düşünürəm ki, 2 il ərzində 1 ABŞ dolları hətta 3 manat 50 qəpiyə qədər bahalaşa bilər. Amma 1-2 ay sonra hansısa səbəblərdən neftin qiyməti 60-70 dollara qədər bahalaşarsa, bu zaman manat təxminən 5-10 faiz həddində möhkəmlənər".
Ekspert bildirib ki, hazırda faktiki olaraq qeyri-neft sektorunun məzənnə siyasətinə dəstəyi kifayət qədər məhduddur:
"Qısa müddətdə bu istiqamətdə nəticələrin də əldə edilməsi çox çətindir. Çünki, hələ qarşıda normal rəqabətqabiliyyətli istehsal mühitinin formalaşdırılması, ixrac prosesinin həyata keçirilməsi, bazarların tapılması və s. məsələlər var. Yəni, həllini tapmalı məsələlər var. Bu məsələlər də zaman tələb etdiyi üçün, əgər 3-5 il ərzində neftin qiymətində artımlar baş verməzsə, ölkə iqtisadiyyatında müəyyən qədər baş verənlərə uyğunlaşma səbəbindən 1 ABŞ dolları 2020-ci ildə hətta 4-5 manata qədər bahalaşa bilər".
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında son bir ayda müşahidə olunan nağd ABŞ dolları qıtlığı problemi daha da dərinləşib. Avqustun 31-də dolların satışını həyata keçirən banklar arasında "Azər-Türk Bank" ASC adambaşına 300 dollar, "Amrahbank" ASC — 200 dollar, "Bank of Baku" və "Expressbank" ASC-lər isə adambaşına 100 dollar satır. "AFB Bank", "Atabank", "Caspian Development Bank", "AG Bank" ASC-lər isə ümumiyyətlə nağd dollar satışını dayandırıb.
Hazırda "Azər-Türk Bank"ın "Bakı" filialında (28 May küçəsi) təxminən 130 nəfərlik növbə olduğu bank operatoru tərəfindən bildirilib. Digər filiallarda da vəziyyətin eyni olduğu, uzun növbələr yarandığı xəbəri verilir. "Qara bazar"da dolların satışının 1,74-1,75 AZN/USD-yə qədər yüksəldiyi bildirilir. Halbuki, bugünkü rəsmi məzənnə nəzərə alınmaqla (1,6321 AZN/USD), kommersiya bankları nağd dollar satışını maksimum 1,6974 AZN/USD məzənnəsi ilə (4%-lik marja ilə) apara bilər.
"Təbii ki, "qara bazar"ın formalaşmasına məhz banklarda yaranmış dollar qıtlığı səbəb olur. Bu qıtlığın aradan qaldırılması üçün Azərbaycan Mərkəzi Bankı tərəfindən təşkil olunan valyuta hərraclarında valyuta təklifinin artırılması vacibdir. Əks halda, yaxın günlərdə "qara bazar"da dolların məzənnəsinin 2,00 AZN/USD-yə çatacağı istisna edilmir", – deyə "Report"un analitikləri qeyd ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi