30-08-2016 [16:15]
ABŞ Mərkəzi Bankı, başqa adıyla FED gələn ay üçün uçot dərəcələrini artıra bilər.
Mia.az xəbər verir ki, bu iddia ABŞ-ın ən nüfuzlu investisya banklarından Goldman Sachs tərəfindən irəli sürülüb.
FED rəhbəri Janet Yellenin cümə günü ABŞ iqtisadiyyatını təhlil edərək, "uçot dərəcələrini artırma zəmininin son aylarda gücləndiyinə inanıram" fikrinə əsaslanan Goldman Sachs öz hesabatını açıqlayıb.
Hesabatda FED yetkililərinin ötən iki həftə ərzində ABŞ iqtisadiyyatındakı yaxşılaşma və yaxın gələcəkdə faiz dərəcələrini artırma haqqında mülahizələr yürütdüyünə diqqət çəkən Goldman Sachs faiz artımı ehtimalının artdığını və bu barədə proqnozunu 30%-dən 40%-ə yüksəltdiyini bildirib.
Bəs, görəsən, FED-in gözlənilən bu addımı Azərbaycan iqtisadiyyatına necə təsir göstərə bilər? Onsuz da özünün böhran dövrünü yaşayan manat daha da ucuzlaşa bilərmi?
Sualımızı cavablandıran iqtisadçı ekspert Samir Əliyev də FED-in uçot dərəcələrini artıracağını istisna etmir. Onun sözlərinə görə, FED-in 2016-cı ildə daha 3 iclası olacaq və güman olunur ki, iclasların birində heç olmazsa 1 dəfə uçot dərəcələri qaldırılacaq: "Halbuki, ilin əvvəlində 3 dəfə artım proqnozlaşdırılırdı. Hazırda isə 1 dəfə artım ehtimalı da yüksək deyil. Artımın daha çox dekabr iclasında olacağı ehtimal edilir. Az da olsa, sentyabrda da artım ehtimalı var”.
FED uçot dərəcələrini qaldırsa, sözügedən artımın dolların əsas valyutalara münasibətdə bahalaşmasına gətirib çıxaracağını bildirən ekspertin fikrincə, bu, neftin qiymətinə də mənfi təsir göstərə bilər:"Bütün bu proseslər manata təzyiqi artıracaq. Milli valyutamızın məzənnəsi elan edildiyi kimi üzən məzənnə ilə müyyən olunsaydı, uçot dərəcəsi qaldırılan andan onun dollara münasibətdə ucuzlaşmasının şahidi olardıq. Necə ki, rus rublu və qazax təngəsinin timsalında bunu müşahidə edəcəyik. Ancaq manatın məzənnəsi Mərkəzi Bank tərəfindən tənzimlənir. Azərbaycanda hazırda manata təzyiqlər FED-in qərarı olmadan belə, yüksək səviyyədədir. Mərkəzi Bank manatı çətinliklə qoruyur. FED-in qərarı təzyiqi daha da artıra bilər”.
Bəs, hökumət manatın məzənnəsini real bazar dəyərinə necə uyğunlaşdıracaq?
Samir Əliyevin fikrincə, manatın ucuzlaşdırılmasının bir sıra forması müzakirə olunur:"Məzənnənin real bazar dəyərinə uyğunlaşdırması ya yumşaq davam etdiriləcək, ya da sərt addım atılacaq. Amma istənilən halda, manatın taleyi FED-in qərarından asılı olmayacaq. Çünki FED bu il uçot dərəcəsini qaldırmasa da, manat üçün təhlükə sovuşmayacaq. Çünki manatın problemi fundamentaldır. FED-in qərarı sadəcə devalvasiya ehtimalını artıran bir vasitə ola bilər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi