Nazirlik daha 4 vətəndaşın ölkədən çıxışına qadağa qoyub - SƏBƏB

img

30-08-2016 [12:33]


Vergilər Nazirliyi vergi borcuna görə ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin adını açıqlayıb.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, daha dörd nəfərin ölkədən çıxışı məhdudlaşdırılıb. 

Xatırladaq ki, nazirlik avqustun 23-də vergi borcuna görə ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayının 308 olduğunu açıqlamışdı.

Nazirlik eyni zamanda vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin də siyahısı dərc edib. Yeni siyahıya daha 10 icra orqanın rəhbərinin adı daxil edilib.

Xatırladaq ki, 23 avqust tarixinə vergi borcu olduğuna görə 400 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA