ARDNŞ-in Ekologiya idarəsində ?qaynar xətt? yaradılıb

img

26-04-2010 [04:24]


Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsində ?ARDNŞ-in qaynar xətti? xidməti yaradılıb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, bu addımın atılmasına məqsəd ?Ekoloji təbliğat və maarifləndirməyə dair Tədbirlər Planı?na uyğun olaraq, ictimaiyyətin ekoloji məsələlərlə bağlı sorğularının tez cavablandırılması və ARDNŞ-in obyektlərinin ərazisində baş verən, operativ həlli zəruri olan ekoloji qəza halları haqqında məlumatların alınması və aidiyyatı qurumlara çatdırılmasıdır. İctimaiyyətin, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən Qaynar Xətt Xidmətinə daxil olan sorğular, məlumatlar bu məqsədlə ayrılmış xüsusi kitabda qeydiyyatdan keçiriləcək və mahiyyəti üzrə cavablandırılacaq. ?ARDNŞ-in qaynar xətti? Ekologiya İdarəsinin Xarici əlaqələr şöbəsində fəaliyyət göstərəcək. Qeyd edək ki, bununla bağlı sorğular hər gün (+994 12) 418-07-97 nömrəli telefona qəbul olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA