27-08-2016 [13:29]
Tanınmış iqtisadçı Qubad İbadoğlu son həftələr dollar və avro qarşısında sürətlə dəyərdən düşən manatımız və onu xilas yolları haqda maraqlı təhlil aparıb.
Mia.az xəbər verir ki, Q.İbadoğlunun sözlərinə görə, artıq manatın devalvasiyası yenidən gündəmə gəlib, bir sıra ekspertlər manatın növbəti devalvasiyasının tarixi, eləcə də dollara nəzərən məzənnəsi ilə əlaqəli rəqəmlər də səsləndirirlər:
"Əslində, Azərbaycan manatı ABŞ dollarına nisbətdə hər gün devalvasiyaya uğrayır, yəni kiçik templərlə olsa da gündən-günə dəyərini itirir. Baxmayaraq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) son məlumatlarına görə, manatın dollara nisbətən hazırkı məzənnəsi bu ilin yanvar ayının orta aylıq məzənnəsi ilə müqayisədə 2,9 faiz ucuzlaşıb. Təbii ki, son 6 ay ərzində iqtisadiyyatda baş verənlərə nəzərən manatın məzənnəsindəki 2,9 faizlik ucuzlaşmanı adekvat hesab etmək olmaz. Çünki, ilk 7 ayının makro iqtisadi nəticələrinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM-in bütövlükdə 3 faiz, qeyri-neft bölməsinin ÜDM-i 5,4 faiz, əsas kapitala yönəldilmiş vəsaitlər 29,7 faiz , eləcə də tikinti-quraşdırma işləri 31,7 faiz , kredit qoyuluşları 9,1 faiz azalıb, istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,0 faiz bahalaşıb. Gömrük məlumatına görə, bu ilin ilk yarısında keçən ilin müvafiq dövrünə nisbətən ixrac əməliyyatları 13,9 faiz , o cümlədən qeyri-neft ixracatı 27 faiz aşağı düşüb, ticarət dövriyyəsində 225,7 milyon dollarlıq mənfi saldo yaranıb, bütün bunlara rəğmən şübhəsiz ki, həmin dövrdə tədiyə balansının kəsiri də çoxalıb”.
İqtisadçının sözlərinə görə, bunlardan əlavə, monetar-fiskal göstəricilər də pisləşib.Belə ki, dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 75,6 faiz, cəmi depozit bazasının valyutalar üzrə strukturunda dollarla əmanətlər 80,2 faiz təşkil edib:
"İndiyədək 9 bank bağlanıb. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanan 9 bank üzrə 218 milyon manatdan artıq kompensasiya ödənilib. Nəticədə də ADİF texniki defolt vəziyyətinə düşüb. Kommersiya banklarının xarici öhdəlikləri 6 milyard 625,8 milyon manata çatıb.
Bütün bunlarla yanaşı, 2016-cı ilin yanvar-iyul aylarında 2015-ci ilin eyni dövrünə nisbətən dövlət büdcəsinin gəlirləri 25,3 faiz azalıb. Yəni bu ilin 7 ayında ötən il dövlət büdcəsinə yönələn vəsaitin hər 4 manata 1 manat azalıb. Bu ilin ilk yarısında Dövlət Neft Fondunun (DNF) büdcəsinə 4 milyard manata və ya 2,5 milyard dollara qədər vəsait yığılıb. Nəticədə, DNF-nin dollarla ifadə olunan 6 aylıq büdcəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 milyard dollar və 36,4 faiz azalıb”.
Qubad İbadoğlunun sözlərinə görə, valyuta bazarının əsas iştirakçısı olan Dövlət Neft Fondunun hər həftə keçirilən 2 hərrac üzrə 100 milyon dollar satması dollara artan tələbatın müqabilində yetərli deyildir. Deməli, valyuta bazarında bir tərəfdən azalan təklif, digər tərəfdən isə artan tələb problem mövcuddur.
Mərkəzi Bankın iyun ayına olan son məlumatına əsaslanan iqtisadçı bildirib ki, həmin ayda yalnız nağd xarici valyuta ilə mübadilə əməliyyatları üzrə satışın həcmi dollarla 321 milyon 916 min, avro ilə 59 milyon 158 min avro, ingilis funt sterlinqi ilə 3 milyon 97 min dollar təşkil edib:
"Cari ilin iyun ayında may ayı ilə müqayisədə hər 3 sərbəst dönərli valyuta üzrə satışın həcmi orta hesabla 2 dəfəyədək artıb. Bu göstəricilər nağd xarici valyuta ilə mübadilə əməliyyatları ilə olan vəziyyəti xarakterizə edir. Çox güman ki, iyul və avqust aylarında bu tendensiya davamlı olub. Eyni zamanda nəzərə alaq ki, dollara və digər valyutalara tələbatı həm də nağdsız xarici valyuta ilə mübadilə əməliyyatları yaradır.
Göründüyü kimi, valyuta bazarında gərginlik artıb. Bunu şərtləndirən amillər sırasına bankların sürətlə bağlanmasından sonra bu sistemə olan etibarın, hər gün dəyərini itirdiyinə görə manata olan inamın azalması, eləcə də son vaxtlar sabit artım nümayiş etdirən kənd təsərrüfatında məsrəfləri manatla olan təsərrüfat adamlarının əldə etdiləri qazanclarını dollara dəyişdirməsi, yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq xaricdə təhsil haqqlarının ödənilməsi, yay məzuniyyətləri zamanı xaricə gedənlərin sayının atması, ən başlıcası isə kommersiya banklarının valyuta ilə əməliyyatları üzrə manipulyasiyaları, son dövrlər ölkədən kapitalın çıxarılmasının sürətlənməsi ilə izah etmək olar. Bu şərtlərlə manatın məzənnəsinin yaxın zamanlarda sabitləşəcəyini gözləməyə dəyməz”.
Sonda iqtisdaçı Mərkəzi Bankın hazırkı dönəmdə manatı xilas etmək üçün 3 seçimi olduğunu bildirib:
"1. hazırkı ssenari üzrə manatın məzənnəsini kiçik, lakin artan templərlə,
2. fasiləli kəskin devalvasiya,
3. manatı çevik və üzən məzənnə siyasəti ilə azad bazarın öhdəsinə buraxmaq.
Bu üç yolun hamısı manatın dəyərini itirməsinə aparır. Hər 3 yolun sonu manatın gerçək məzənnəsinin formalaşmasında bitir. Birinci yol uzun, ikinci yol orta, üçüncü yol isə qısadır. Seçim hüququ da AMB-dədir, qərar qəbul etmə səlahiyyəti isə yenicə yaradılmış Maliyyə Sabitliyi Şurasındadır...”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi