“Nar”-ın rəsmi tərəfdaşı olan “İrşad Electronics” yeni mağazanın açılışını edib - FOTO

img

26-08-2016 [17:19]


25 avqust 2016-cı il tarixdə "Nar”-ın rəsmi tərəfdaşı olan "İrşad Electronics” mağazalar şəbəkəsinin yeni filialının açılış mərasimi keçirilib.

Mia.az-a verilən məlumata görə, Bakının Nizami rayonu ərazisində, Qara Qarayev prospekti 126 ünvanında yerləşən yeni mağaza "Xalqlar dostluğu” metro stansiyasının yaxınlığındadır.

Açılış münasibətlə yeni mağazada xüsusi aksiyaya da start verilib. 31 avqust 2016-cı il tarixədək davam edəcək aksiya çərçivəsində alıcılar müxtəlif endirim və güzəştlərdən yararlanmaq fürsəti qazanıblar.

Qeyd edək ki, "Nar” və "İrşad Electronics” mağazalar şəbəkəsi arasındakı tərəfdaşlıq əlaqələri uzun illərdir ki, uğurla davam edir. Bu çərçivədə "Xalqlar dostluğu” filialından öncə fəaliyyətə başlamış son müştərək mağaza 1 iyun 2016-cı il tarixdə açılmış "Nərimanov” filialı olmuşdu.

"Nar” tarif və kampaniyaları haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA