Parlamentin komissiyası Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılmasını məsləhət bilir

img

26-04-2010 [01:52]


Aprelin 26-da Milli Məclisin toponimiya komissiyasının iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda ?Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında? və ?Salyan rayonunun Yenikənd kəndinin Aşağı Xələc kəndi adlandırılması haqqında? qanun layihələrinə baxılıb. Müzakirələr zamanı Əzizbəyov rayonunun Xəzər rayonu, Yenikənd kəndinin isə Aşağı Xələc kəndi adlandırılması məqsədəuyğun hesab edilib və hər iki qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA