26-08-2016 [17:00]
"Devalvasiya məsələsi ortaya çıxanda ilk olaraq dollar krediti olanları dərd götürür. İki devalvasiyadan sonra onların ödənişi iki dəfə artıb. Manatın getdikcə ucuzlaşması onların bu xərclərini artırmaqda davam edir. Müştərilər hökumətdən dəstək gözlədikləri halda vəziyyət getdikcə pisləşməkdə davam edir. İkinci devalasiyadan sonra (1 USD = 1.55 AZN) manatın dollara olan rəsmi məzənnəsi daha 5% azalıb. Proses yumşaq da olsa davam edir. Bu faizin artmaqda davam etməsi şübhə doğurmur. Deməli, paralel olaraq dollar krediti olan vətəndaşların qayğıları artır".
Mia.az xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı Samir Əliyev deyib.
Onun sözlərinə görə, iyulun 1-i tarixinə xarici valyutada olan istehlak kreditlərinin həcmi 2 milyard 247 milyon manatdır. Onun 227,4 milyon manatı ödəniş kartlarının payına düşür:
"Manatın məzənnəsinin son aylar ucuzlaşması tendensiyası (ayda təxminən 3%) göstərir ki, əhalinin aylıq ödəniş yükü ayda ən azı 50-60 milyon manat artır. Təsəvvür edin ki, manatın birdən-birə çox demirəm, 10% ucuzlaşması əhalinin xərclərini 200 milyon manat artıra bilər. Bankların isə təkcə əmanətdən zərəri 630 milyon manat artar.
Ekspertlər dollar kreditləri ilə bağlı hökumət tərəfindən dəstəyin verilməsini vacib saysalar da, təəssüf ki, heç bir addım atılmadı və böyük ehtimalla atılmayacaq da. Əgər hökumət dollar krediti götürənlərə kompensasiya vermirsə, onları gələcək devalvasiyadan qorumaq barədə düşünsün. Bunun yolu dollarda olan kreditləri manata çevirməkdir. Bəzi banklar belə təşəbbüslə çıxış etsələr də, əksər banklar buna getməkdə maraqlı deyillər. Çünki onların valyuta mövqeyi buna imkan vermir".
Ekspertin fikrincə, dollar kreditlərinin manata konvertasiyası mexanizmlərindən biri Mərkəzi Bankın nəzdində Problemli Kreditlər üzrə Fondun yaradılması ola bilər:
"Fondun əsas məqsədi bankların kredit portfelinin yaxşılaşdırılmasını təmin etməkdir. Bunun üçün Mərkəzi Bank Fondun kapitallaşması üçün manat vəsait ayırır. Fond da öz növbəsində kommersiya banklarına uzun müddətə (məsələn, 20 il), aşağı faizlə (məsələn, illik 3%) depozit yerləşdirir. Həmin depozitlər dollar kreditlərinin yenidənmaliyyələşdirilməsinə yönldilir və dollar kreditlərinin manata konvertasiyasını təmin edirlər.
Qeyd edim ki, Qazaxıstanda oxşar mexanizm ipotek kreditlərinə münasibətdə tətbiq edilir".
İqtisadçı sonda bildirib ki, depozitlərin dollarlaşma səviyyəsinin də aşağı salınması barədə addımlar atılmalıdır:
"Söhbət manatla qoyulan əmanətlərə Mərkəzi Bank tərəfindən məzənnə zəmanətinin verilməsidir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi