Banklar niyə dollar satmır? - Ekspertdən dolların bahalaşmasına reaksiya

img

23-08-2016 [23:16]


Artıq bir neçə gündür ki, sürətlə bahalaşmaqda olan dolların qarşısı yeni üsulla alınıb. Belə ki, banklar demək olar  dollar satışını dayandırıb. Satanlar isə maksimum 200-300 dollar satır. 

Görəsən, bu üsulla manatın dəyərdən düşməsinin qarşısını almaq olarmı?

Mia.az xəbər verir ki, iqtisadçı ekspert Əkrəm Həsənov Moderator.az-a açıqlamasında problemin həlli üçün 2 yolun olduğunu bildirib:

"Bu vasitə ilə manatın ucuzlaşmasının qarşısını, əlbəttə ki, almaq olmaz. Cari vəziyyət sadəcə qara bazara sərf edir. Çünki rəsmi kanalla dollar ala bilməyənlər, qeyri-rəsmi kanala müraciət edəcək. Qara bazarda isə məzənnə şişirdilmiş olacaq. Deməli, faktiki devalvasiya baş vermiş olacaq, panika isə daha da artacaq. Buna görə də təcili iki yoldan birini seçmək lazımdır: 

1. Ya cari rəsmi məzənnə ilə Mərkəzi Bank bankların dollar tələbatını tam ödəməlidir; 

2. Ya da devalvasiyaya gedib, dolları yeni məzənnə ilə satmalıdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA