iqtisadi inkizaf Nazirliyi Qubada konfrans keçirib

img

24-04-2010 [07:11]


Aprelin 24-də İqtisadi İnkişaf Nazirliyinin və Quba rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ?Regionların sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələr? mövzusunda konfrans keçirilib. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti strukturlarının rəhbərləri və Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə Xaçmazda Qafqaz Konserv Zavodu və ?Hado? pivə istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar. Quba rayonundakı ?İkar-S?, ?Qədim Quba? şirkətlərində istehsal prosesi ilə tanışlıqdan sonra ?Regionların sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələr? mövzusunda Konfrans öz işinə başlayıb. Əvvəlcə Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafına həsr edilmiş film nümayiş olunub. Tədbiri giriş sözü ilə açan İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların inkişafına böyük önəm verdiyini vurğulamış, regionların tarazlı inkişafının təmin olunmasında dövlət proqramlarının uğurlu icrasının xüsusi əhəmiyyətini qeyd edib. Bildirilib ki, ölkəmizdə böyük inamla davam etdirilən kompleks islahatların məntiqi nəticəsi olaraq, 2010-cu ilin birinci rübündə ÜDM 5,4%, onun adambaşına düşən həcmi 4,2%, qeyri-neft sektoru 4,3% artıb. Hazırda dövlət başçısının 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş ?Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı?nın icrası uğurla davam etdirilir, regionlarda yeni müəssisələr və iş yerləri açılır. Çıxışının sonunda nazir müavini Niyazi Səfərov tədbirin keçirilməsində əsas məqsədin Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin daha da sürətləndirilməsi imkanlarının müzakirə edilməsi olduğunu qeyd edib. Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Sahib Məmmədov çıxışında dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq işlərinin geniş vüsət aldığını, digər rayonlar kimi, Qubanın da sürətlə inkişaf etdiyini, yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd edib. Sonra İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov regionlarda sahibkarlığın inkişafının əsas istiqamətləri barədə tədbir iştirakçılarına məlumat vermiş, ölkə rəhbərliyi tərəfindən özəl bölmənin inkişafına göstərilən böyük diqqət və qayğının nəticəsində sahibkarlığın daha da inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradıldığını vurğulayıb. Nazirliyin Xarici ticarət siyasəti və ÜTT şöbəsinin müdiri Bəxtiyar Alışov potensial ixrac bazarları və bu bazarlara çıxış imkanları, qeyri-neft məhsullarının xarici bazarlara çıxarılmasında Avropa İttifaqının ?Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+? Proqramının (?GSP+?) əhəmiyyətini qeyd etmiş və proqram barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Tədbirdə çıxış edən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev sahibkarları sosial məsələlərin həllində və sosial təşəbbüslərdə yaxından iştiraka dəvət edib. İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov, Nazirliyin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov Quba-Xaçmaz iqtisadi rayonunun sosial-iqtisadi inkişafının əsas istiqamətləri, sahibkarların maarifləndirilməsi, bu sahədə görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, elektron ticarətin sahibkarlığın inkişafında rolu və s. məsələlər barədə məlumat veriblər. Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Konfransda ?Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı?nda nəzərdə tutulan tədbirlərin icrasının daha da sürətləndirilməsi imkanları müzakirə edilmiş, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA