Azərbaycan banklarında dollar qıtlığı yarandı - Açıqlamalar

img

22-08-2016 [20:01]


Şənbə günündən Azərbaycan banklarında dollar qıtlığı müşahidə olunur.

Bazar ertəsi səhərdən vəziyyət dəyişməyib.

Dollar almaq istəyənlərə onu ya vermirlər, ya da məhdud həcmdə verirlər. Səhərdən dollar qıtlığı barədə məlumatlar sosial şəbəkələrdə də yayılır.

Turan bununla əlaqədar bir neçə bankda sorğu aparıb.

"Respublika” Bankdan bildiriblər ki, bu gün dollar satışı dayandırılıb. Bunun bankın öz qərarı olduğu deyilir. "Rabitəbank”dan bildirilib ki, dollar məhdud həcmdə satılır: bir ələ 200 dollar (bu qədər də avro) verilir. "Atabank” və "Bank Standart”da deyiblər ki, satış üçün limit bir ələ $500 təşkil edir. Azərbaycan Beynəlxalq Bankından və  "Kapital Bank”dan bildirilib ki, valyuta satışı həyata keçirilir, lakin hər hansı məhdudiyyətin olub-olmadığını söyləməyiblər.

Yalnız bir bankda – "YapıKredi Bank”da bildiriblər ki, dollar satışı məhdudiyyətsiz həyata keçirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA