Bağlanan bankın keçmiş müdiri yeni vəzifəyə gətirildi

img

22-08-2016 [12:11]


"Nikoil Bank” ASC-nin hüquq şöbəsinə yeni müdir təyin edilib.

Bu vəzifəyə Elşən Kərimov gətirilib.

E.Kərimov indiyə qədər hazırda ləğvetmə prosesində olan "Parabank” ASC-nin hüquq şöbəsinin müdiri, ondan əvvəl isə Azərbaycan Mərkəzi Bankı Ləğv edilmiş kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin istehlakçıların hüquqlarının qorunması şöbəsinin müdiri olub.

Bir qədər əvvəl "Parabank”ın baş icraçı direktoru Cəlal Nağıyev də "Nikoil Bank”da təyinat alıb.

O, hazırda Bankın Problemli aktivlərin idarə edilməsi Departamentinin direktoru vəzifəsini tutur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA