Müflis elan olunan bankların müştərilərinin nəzərinə

img

19-08-2016 [16:58]


"Qafqaz İnkişaf Bankı” və "Atrabank" Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və onlara verilmiş şəhadətnamə ləğv edilib.

Mia.az Fondun saytına istinadən xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)1594/2016 saylı Qərardadına əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş ərizə təmin olunmaqla AzMərkəzi Bankın "Qafqaz İnkişaf Bankı” ASC və "Atrabank” ASC-nin iflas proseduruna dair ərizəsi qüvvədə qalıb və "Qafqaz İnkişaf Bankı” ASC və "Atrabank” ASC-də sığorta hadisəsi baş verib.

Əmanətlərin Sığortalanması Fondu 22 avqust 2016-cı il tarixdən etibarən kompensasiyaların ödənilməsi prosesini "Qafqaz İnkişaf Bankı” ASC və "Atrabank” ASC vasitəsilə həyata keçirəcək. "Qafqaz İnkişaf Bankı” ASC və "Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödəniş yeri haqqında daha dəqiq məlumat veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA