18-08-2016 [21:42]
Mətbuatda Bərdə rayonunda iribuynuzlu heyvanların dabaq xəstəliyinə tutulması və tələf olması, həmçinin həmin heyvanlarda dabağa qarşı aparılan profilaktik peyvənd vasitələrinin keyfiyyəti haqqında məlumatlar yayılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Mia.az-a verilən məlumata görə, 2016-cı ildə ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiqlənmiş "Epizootik tədbirlər planı”na uyğun olaraq iri və xırdabuynuzlu heyvanlarla bağlı müvafiq tədbirlər aparılıb, o cümlədən dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib. Aparılan peyvəndləmədən sonra heyvanlar arasında dabaq xəstəliyinə görə heç bir mürəkkəbləşmə və tələfat halları qeydə alınmayıb.
Qeyd olunub ki, 2016-cı ilin 7 ayı ərzində respublikada dabaq xəstəliyi əleyhinə iri və xırdabuynuzlu heyvanlar arasında peyvəndləmə tədbirləri görülüb. Bu tədbir ölkə üzrə 4 milyon 973 min 892 baş iribuynuzlu, 5 milyon 895 min 483 baş xırdabuynuzlu heyvanı əhatə edib. Həmçinin cari ilin 7 ayı ərzində Bərdə rayonunda 168 min 800 baş iribuynuzlu, 101 min 937 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyi əleyhinə peyvəndləmə aparılıb.
Dövlət vəsaiti hesabına tender yolu ilə alınaraq ölkəyə gətirilən, heyvanlara tətbiq edilən bütün vaksinlər, o cümlədən dabaq xəstəliyi əleyhinə vaksinlər alınan müəssisələr beynəlxalq sertifikatlara malikdirlər və respublikaya gətirilən peyvənd vasitələrinin hamısının müvafiq beynəlxalq keyfiyyət sertifikatları mövcuddur. Həmçinin həmin vaksinlər respublikaya idxal olunarkən onların keyfiyyəti Baytarlıq Elmi-Tədqiqat İnstitutunun müvafiq laboratoriyalarında yoxlanılır, keyfiyyət göstəriciləri standartlara uyğun olduqdan sonra Dövlət Baytarlıq Nəzarəti Xidmətinin yerli strukturları tərəfindən heyvanlara tətbiq edilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti heyvanlara vurulan dabaq vaksinlərinin guya keyfiyyətsiz olması və peyvəndləmədən sonra heyvanların tələf olması ilə əlaqədar yayılmış məlumatların heç bir əsası olmadığını və heç bir fakta söykənmədiyini bildirir. Heyvanların dabaq xəstəliyinə yoluxması və bu xəstəlikdən ölməsi barədə heç bir fakt məlum deyil.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada kəskin yoluxucu xəstəliklərə, o cümlədən dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir və ona nəzarət olunur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi