?DəmirBank? yeni xidmətlərini təklif edir

img

23-04-2010 [03:40]


?DəmirBank? internet saytı vasitəsilə istənilən plastik kart sahibləri kommunal, rabitə, İnternet provayder, kabel TV, sığorta və sair xidmətlərin onlayn ödənişini təklif edir. Bankın mətbuat xidmətindən verilən məlumata görə, internet sayt vasitəsi ilə onlayn ödənişləri üçün istənilən bankın VISA və ya MasterCard plastik kart sahibləri http://www.demirbank.az/?/az/goldenpay/ səhifəsinə daxil olaraq, müvafiq ödəniş xidmətini seçmələri kifayətdir. ?DəmirBank?ın internet saytı vasitəsi ilə hazırda aşağıdakı xidmətlərin ödənişlərini etmək mümkündür: - kommunal (Bakı Elektrik Şəbəkə), - mobil rabitə (Azerfone-Vodafone, Bakcell, Nar Mobile), - stasionar telefon (BTRİB, Aztelekom), - internet provayderlər (Adanet, Avirtel, Azdatacom, Azstarnet, Bakinternet, Connect, Provayder.az), - kabel televiziyası (B&B TV, Connect TV), - sığorta xidmətləri (AzSığorta, MBASK), - xeyriyyəçilik (Leykemiya ilə Mübarizə İctimai Birliyi, SOS Uşaq Kəndləri) - və digər (Tələbə Qəbulu Dövlət Komissiyası və s.) Yaxın gələcəkdə ?DəmirBank?ın saytında ödənişlər siyahısına Fonex, Catel, Azəriqaz, Azərsu və sair şirkətlərin xidmətlərinin də əlavə edilməsi gözlənilir. Onlayn ödənişlər VISA və MasterCard beynəlxalq ödəniş sistemlərinin təhlükəsizlik standartları üzrə xüsusi sertifikasiya keçmiş GoldenPay internet ödəmə sistemi vasitəsi ilə dərhal həyata keçirilir. Bank eləcə də plastik kart sahibi olmayan müştərilərə bankın filiallarında kommunal (işıq, qaz, su) və rabitə (Azercell, Bakcell, Nar Mobile) xidmətlərinin ödənişlərini təklif edir. ?DəmirBank?ın və ölkənin digər banklarının VISA, Maestro və MasterCard plastik kart sahibləri evdən və ya ofisdən sadəcə 149 nömrəsinə zəng etməklə kommunal ödənişlər (işıq, qaz, su) və rabitə ödənişləri (Azercell, Bakcell, Nar Mobile) həyata keçirə bilərlər. Qeyd edək ki, ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA