Yüzə yaxın sığorta agentinə xəbərdarlıq edildi – RƏSMİ

img

12-08-2016 [15:26]


Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sığorta bazarının maliyyə dayanıqlığının artırılması və istehlakçıların hüquqların qorunması istiqamətində yoxlamalar və monitorinqlər həyata keçirməkdə davam edir.

Palatadan Mia.az-a verilən məlumata görə, monitorinqlərin nəticəsi olaraq yüzə yaxın fiziki şəxs sığorta agentlərinə təqdimatlar verilib.

Onlar tərəfindən qanunvericilik tələblərinin təkrarən pozulması halları aşkar edildikdə, sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaların ləğv olunacağına dair xəbərdarlıq edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA