?Parabank?ın ?Bərdə? zöbəsi fəaliyyətə bazladı

img

22-04-2010 [06:21]


Parabankın filial şəbəkəsinin genişlədirilməsi planına uyğun olaraq, bankın daha bir şöbəsi Bərdədə fəaliyyətə başladı və bir neçə filiallarin açılışı Qaradağ,Şirvan,Şəki,Lənkəranda gözlənilir. Parabankın Bərdə şöbəsi və filiallarında fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri - hesablaşma-kassa xidmətləri, sərfəli şərtlərlə depozitlərin cəlb edilməsi, istehlak, o cümlədən biznes kreditlərinin verilməsi, VISA plastik kartları, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi,komunal xidmətlər, Western Union, Contact, Migom, Privat Money, Bıstraya poçta, Caspian Money Transfer kimi beynəlxalq sistemlər vasitəsilə sürətli pulköçürmələri və s. xidmətlər təqdim edəcəkdir. Parabankın məqsədi ölkənin bütün regionlarında və paytaxtda filial və şöbələrdən ibarət xidmət şəbəkəsini genişləndirməkdir.Beləliklə, bu gün ?Parabank? ASC respublikanın regionlarında-7, Bakı şəhərində isə 8 filialı vasitəsilə göstərdiyi xidmətlərin həcmini və coğrafiyasını müvəffəqiyyətlə genişləndirməkdə davam edir.Beləliklə, Parabank filiallarının sayını 19 çatdıracaq. Müştərilərə xidmət şəbəkəsinin genişləndirilməsi Parabank üçün prioritet məsələlərdən biridir.Dinamik inkişaf edən Parabank ali təhsili olan istedadlı, özünə güvənən gənclərə Bankın mehriban kollektivinə və dolğun korporativ həyatına qoşulmaq imkanı təklif edir. Maraqlanan şəxslər CV formalarını hr@parabank.az göndərə bilərlər və şəhər telefonlarından 139, mobil operatorlardan isə 012 139 nömrəsini yığmaqla ətraflı məlumat ala bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA