Bağlanmış 4 bankın əmanətçiləri 25 mln. manat kompensasiya alıb

img

09-08-2016 [12:25]


Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Mia.az ADİF-ə istinadən xəbər verir ki, "Parabank”ın əmanətçilərinə 10,6 mln. manat, "Zaminbank”ın əmanətçilərinə 10,5 mln. manat, "Kredobank”ın əmanətçilərinə 2,7 mln. manat, "Dekabank”ın əmanətçilərinə isə 1,5 mln. manat kompensasiya ödənilib. Ümumilikdə, 4 bank üzrə 25,3 mln. manat ödəniş edilib. Bu, ödənilməli olan məbləğin təxminən 23%-ni təşkil edir.

Məlumata görə, kompensasiya almaq üçün "Dekabank”, "Kredobank” və "Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, "Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA