Paytaxtda fəaliyyət göstərən çörək sexlərindən biri bağlandı

img

22-04-2010 [01:10]


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti monitorinq nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 116 ünvanında yerləşən çörək sexində istehsal normalarının kobud pozulması halları aşkar olunub. Komitədən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, fiziki şəxs V.Məmmədovaya məxsus müəssisədə məhsul istehsalı üçün şərait mövcud olmamış, istehsalda xammal kimi mənşəyi məlum olmayan xörək duzundan istifadə olunduğu müəyyən olunub. Bundan başqa, müəssisə istehsal olunan məhsul üçün normativ və texnoloji sənədlərlə təmin olunmamış, uyğunluq sertifikatı mövcud olmamış, hazır məhsulun laborator müayinəsi aparılmayıb. Aşkar olunmuş nöqsanlarla bağlı inzibati qaydada protokol tərtib edilmiş, təsərrüfat subyektinin rəhbərinə cərimə tətbiq edilib. Müəssisədə çörək istehsalına qadağa qoyulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA