Azərbaycanda avtomobil bazarında stabilləzmə yaranıb

img

22-04-2010 [12:46]


?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyi (?ƏBİ? İB) monitorinq qrupunun mart ayında təkrar avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə bazarda mövsüm üçün xarakterik olan passivlik qeydə alınıb. Bazarın bu seqmentinə müvafiq dövlət qurumları tərəfindən verilən qərarlar nəticəsində (Avro standartlarının tətbiqi və idxalda ili köhnə avtomobollərə məhdudiyyətlərin qoyulması) avtomobil bazarında son iki ayda mürəkkəbləşən vəziyyət mart ayında tədricən stabilləşməyə başlayıb. Martda fevral ayı ilə müqayisədə təklifin azalması müşahidə olunub. Təklifin tələbi üstələmə tendensiyası mart ayında da davam edib. Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında ötən ayla müqayisədə azalma qeydə alınıb. Bu, bağlanan əqdlərin dinamikasının azalmasına (-1.4%), təsir göstərib. Martda bazarda orta qiymət əvvəlki ayla müqayisədə dəyişməz qalıb və orta qiymət 15380 dollar təşkil edib. Mart ayında təkrar avtomobil bazarında araşdırma predmeti olan 7250-dən artıq avtomobilin 36.7%-i bazara məhz mart ayı ərzində təklif olunub. Qalan 63,3%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Əvvəlki iki ay ərzində köhnə avtomobillərin bazara kütləvi axın tendensiyası mart ayında bir qədər stabilləşib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA