Elmin inkizafı Fondunun icraçı direktorunun maazı 1000 manat oldu

img

21-04-2010 [06:52]


Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları haqqında qərar verib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası bu qərarın 1 nömrəli əlavəsinə uyğun müəyyən edilsin, Fondunun ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları bu qərarın 2 nömrəli əlavəsinə uyğun müəyyən edilsin, Fondunun saxlanılması xərcləri dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Elm" köməkçi bölməsinin iqtisadi təsnifatının "Sair xərclər" paraqrafında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində təmin edilsin. Baş naziri A.Rasi-zadənin imzaladığı qərara görə, xərclərin iqtisadi təsnifatı aşığıdakı kimidir səmi xərclər 7.022.400 manat, Fondunun saxlanılması xərcləri 922.400 manat, ştatda olan işçilərin əməkhaqları 61. 700, ştatdankənar işçilərin əməkhaqları 60.000, əməyin ödənişi ilə bağlı sair pul ödənişləri 18.900, Dövlət Sosial Müdafiə Fonduna ayırmalar 30932 manatdır. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu üçün inventar və avadanlıqların alınması, mətbu nəşrlərin təsis edilməsi, xüsusi bülletenlərin buraxılması, konfransların, simpoziumların, seminarların təşkil edilməsi, işçilərin bu tədbirlərdə iştirakı ilə əlaqədar xidməti ezamiyyə, ekspertlərin qonorar xərclərinin ödənilməsi, bank xərcləri və fəaliyyəti ilə bağlı digər xərclər 750.868 manat. Azərbaycanda elmi-texniki potensialın qorunması və inkişaf etdirilməsi, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə edilməsi, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunun yüksəldilməsi, alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və onlara azad yaradıcılıq imkanının yaradılması, dövlətin elmi informasiya və innovasiya ehtiyatlarının artırılması, Azərbaycan Respublikasında elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar, fundamental və ictimai elm sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqramların, layihələrin və digər tədbirlərin maliyyələşdirilməsi xərcləri 6.100.000 manat. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları İcraçı direktor 1 nəfər ? 1000 manat, Müşavir 1 ? 750, Baş mühasib 1 ? 700, Baş məsləhətçi 4 ? 600, aparıcı məsləhətçi 2- 500, məsləhətçi 1- 450 manatdır. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktorunun aylıq vəzifə maaşı Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 742 nömrəli Sərəncamı ilə müəyyən edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA