Bakıda dollar qıtığı yarandı - Təlatüm

img

05-08-2016 [15:32]


Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında nağd dollar satışında yenidən qıtlıq müşahidə olunur.

Mia.az-ın məlumatına görə, "Report"un analitik qrupunun Bakı şəhərinin mərkəzində yerləşən kommersiya banklarında apardığı monitorinq nəticəsində məlum olub ki, bir çox bankda ABŞ dollarının satışı dayandırılıb, digərlərində isə satışa məhdudiyyət qoyulub.

"Silkway Bank", "Amrahbank"da dollar satışının olmadığı, "Bank of Baku" və "Xalq Bank"da isə satışa 1 000 dollarla məhdudiyyət qoyulduğu bildirilib. Bir çox digər kommersiya banklarında da nağd ABŞ valyutasının satışı dayandırılıb və ya 500-1000 dollarla məhdudlaşdırılıb.

Xatırladaq ki, AMB bu günə dolların rəsmi məzənnəsini 1,5980 AZN/USD səviyyəsində təyin edib. Bu da o deməkdir ki, kommersiya bankları bu günə nağd dollar satışını AMB-nin təyin etdiyi 4%-lik marja nəzərə alınmaqla maksimum 1,6619 AZN/USD-yə apara bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA