Bu bankların əmanətçilərinə 10 milyon kompensasiya verildi

img

04-08-2016 [12:12]


Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Mia.az ADİF-ə istinadən xəbər verir ki, "Parabank”ın əmanətçilərinə 4 248 753 manat, "Zaminbank”ın əmanətçilərinə 3 862 356 manat, "Kredobank”ın əmanətçilərinə1 047 294 manat, "Dekabank”ın əmanətçilərinə isə 763 466 manat kompensasiya ödənilib. Ümumilikdə, 4 bank üzrə 9 921 869 manat ödəniş edilib.

Məlumata görə, kompensasiya almaq üçün "Dekabank”, "Kredobank” və "Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, "Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA