2009-cu ildə Azərbaycanda 50,9 milyon ton neft hasil edilib

img

21-04-2010 [02:50]


2009-cu ildə Azərbaycanda neft hasilatı (kondensatla birlikdə) ilk dəfə olaraq 50,9 mln. tona çatıb. Bu barədə ARDNŞ-dan məlumat verilib. Məlumatda bildirilir ki, bunun 9,06 mln. tonunu ARDNŞ tərəfindən hasil olunan xam neft təşkil etmişdir. Hasil olunmuş neftin 6,04 mln. tonu emal edilib, 44,3 mln. tonu isə ixraca göndərilib. İxrac olunmuş neftin 29,9 mln. tonu dünya bazarlarına ARDNŞ tərəfindən, 14,4 mln. tonu isə xarici tərəfdaşlara məxsus şirkətlər tərəfindən çıxarılıb. ARDNŞ 2009-cu ildə İtaliya, ABŞ, İsrail, Fransa, İndoneziya, İspaniya da daxil olmaqla 24 ölkəyə xam neft ixrac etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA