01-08-2016 [16:35]
Qida məhsullarının əsasını və başlıcasını ət və ət məhsulları təşkil edir. Bir neçə gündür ki, marketlərdə, mağazalardabazarlarda mal və qoyun ətinin qiyməti artıb. İndi mal ətinin bir kiloqramı 1-1,5 manat artaraq 8-8,5 manata, qoyun əti isə 10-11 manata satılır. Bununla əlaqədar olaraq şəhər sakinləriModern.azsaytına müraciət edərək, ətin bahalaşması ilə əlaqədar öz narahatlıqlarını bildirirlər.
Əməkdar kənd təsərrüfatı işçisi, Kənd Təsərrüfatı Nazirliyinin sabiq əməkdaşı Çingiz Fərəcov ətin bahalaşmasını yaradan səbəblər barədə Modern.az-a danışıb.
"Yay aylarında ətin bahalaşması gözlənilməz hadisədir. Mən 40 ildən çoxdur ki, heyvandarlıqla məşğul oluram. Bu illər ərzində birinci dəfədir ki, iyul ayında ətin bahalaşmasına rast gəlirəm. Düzdür, xalqımız ətdən daha çox istifadə edir və gündəlik menyuda mütləq ətli yeməklər olur. Yayda havalar isti keçdiyindən həmişə ət və ət məhsullarından az istifadə olunur. Qida rejimində ən çox üstünlük tərəvəzə verilir. Dünyanın bütün ölkələrində badımcanı və paxlalı bitkiləriət əvəzləyicisi hesab edirlər. Çünki, bu bitkilərin tərkibində zülal və protein turşuları nisbətən çox olur”,-deyə Ç.Fərəcov bildirib.
"İqtisad elmləri doktoru, hörmətli Qubad İbadoğlu ətin bahalaşmasını ölkəyə idxal olunan diri heyvanların 57,1 faiz azalması ilə izah edir. Bu məsələ araşdırılarkən, müəyyən edilmişdir ki, xarici ölkələrdən respublikaya kəsilmək üçün iri buynuzlu mal-qara idxal edilmir. Ölkəyə ancaq və ancaq damazlıq mal-qara idxal olunur. Damzalıq mal-qaranın isə kəsilib, ətinin satılması yolverilməzdir.
Hal-hazırda kənd və qəsəbələrdə kifayət qədər yem var. Yonca sahələrində 3-cü biçim başlanıb. Normadan artıq yağış yağdığına görə, otlaqlarda və biçənəklərdə kifayət qədər yem bitkiləri əmələ gəlib. Arpanın kiloqramı 20-25 qəpiyə, yoncanın kiloqramı 13-15 qəpiyə satılır.
İri və xırda buynuzlu mal-qaranın 80-85 faizi ailə-kəndli və ev təsərrüfatlarında cəmləşib. Elektrik enerjisinin və suyun qiymətinin bahalaşması heyvandarlığa o qədər də ciddi təsir göstərmir”.
Maraqlıdır, Ağcabədi, Beyləqan, İmişli və Bərdə kimi iri heyvandarlıq rayonlarında mal ətinin kiloqramı indi də 5-6 manata satılır. Bəs Bakı şəhərində ətin belə bahalaşmasının səbəbi nədir? Mütəxəssislər belə hesab edirlər ki, ətin indidən bahalaşması Qurban bayramı üçün baş məşqdir.
Çingiz Fərəcov ətin süni yolla bahalaşdırıldığı qənaətindədir:Eyni zamanda qeyd etmək yerinə düşər ki, yaxın gələcəkdə Azərbaycan xalqının ən çox istifadə etdiyi və sevdiyi qoyun əti istehsalının kəskin surətdə azalması proqnozlaşdırılır. Çünki əsrlərdən əsrlərə qalmış və bu gün qoyunçuluq təsərrüfatlarına ərmağan edilən, qoyun-quzuları ucuz ayaqaltı yemlə təmin edən qış otlaqları qoyunların əlindən alınır və bu sahələrdə buğda əkilir.
Taxılçılıq intensiv əvəzinə ekstensiv inkişaf yoluna yönəldilir. 1 kq qoyun əti, 1 kq buğdaya nisbətən 25-30 dəfə artıq gəlir gətirir. 100-dən çox qoyunçuluq təsərrüfatlarının əlindən qış otlaqları alınaraq onlara konpensasiya verilir və deyilir ki, gedib başqa işlə məşğul olun. Bəzi rəhbər işçilər deyirlər ki, heyvandarlıq müasir yollarla inkişaf etdirildiyindən otlağa və örüşə ehtiyac qalmır. Sual olunur, o hansı müasir yoldur ki, milyonlarla qoyunu həmin yolla necə inkişaf etdirmək olar?! Dədə-babalarımız ta qədimdən bu günədək qoyunları qışda qışlağa, yayda isə yaylağa aparıblar. Bu ölməz və həmişəyaşar ənənələri bizim qəhrəman qoyunçuların əlindən almaq olmaz.
Allah-təala qışlaqları maldarlıq üçün yox, yalnız qoyunçuluq üçün yaratmışdır. Bəs qış otlaqları niyə dağıdılır? 20-25 ilə əmələ gələn və formalaşan yovşan bitkilərinin yeri şumlanıb, şah bitkisi adlanan bu qiymətli yemin kökü niyə kəsilir? Görəsən qoyunçuluq təsərrüfatlarının əsl yiyəsi olan, istehsalla bilavasitə məşğul olan Kənd Təsərrüfatı Nazirliyi qış otlaqlarının şumlanmasına və təyinatının dəyişdirilməsinə niyə göz yumur, niyə həyəcan təbili çalmır? Sovet dövlətinin odlu-alovlu vaxtında, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə bir qarış da olsun qış otlağı şumlanmazdı və həmişə, xüsusilə o vaxtlar qış otlaqları sırf təyinatı üzrə istifadə edilərdi və toxunulmaz idi”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi