TANAP-ın bir hissəsini Malayziya şirkəti tikəcək - Müqavilə imzalandı

img

27-07-2016 [22:24]


TANAP konsorsiumu Malayziyanın "Sapura Kencana" şirkəti ilə müqavilə imzalayıb.

Malayziya şirkəti TANAP layihəsinin Çanaqqala boğazından keçən 18 km uzunluğunda olan hissəsində tikinti işlərini həyata keçirəcək. Şirkət bununla bağlı keçirilən müvafiq tenderin qalibi olub.

Qeyd edək ki, TANAP-ın tikintisinə 2015-ci ildə başlanılıb. İllik 16 mlrd. kubmetr Azərbaycan təbii qazını Türkiyəyə çatdıracaq kəmərin uzunluğu 1 800 km təşkil edəcək.

TANAP-da şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 58%, BP - 12%, BOTAŞ - 30%.

Apa.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA