?Unibank? plastik kart sahibləri üçün on-layn rejimdə ödənizlərin həyata keçirilməsi üçün zərait yaradıb

img

20-04-2010 [05:59]


?Unibank?ın plastik kartlarının sahibləri artıq ödənişləri birbaşa ?Unibank?ın filiallarına və şöbələrinə gəlmədən, www.unibank.az saytı vasitəsilə həyata keçirə bilər. Bankın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, saytın ?İnternet Ödəmələr? səhifəsi (http://www.unibank.az/?vid=24) vasitəsi ilə dünyanın bütün banklarının ?Visa?, ?Visa Electron?, ?MasterCard? və ?Maestro? kartlarının istifadəçilərinə müxtəlif xidmətlər üzrə ödəmələri məsafədən və onlayn rejimində rahat həyata keçirmək imkanı verilir. İnternet ödəmələr sistemi çərçivəsində onlara kommunal xidmətlər üzrə ödənişləri həyata keçirmək, ?Azerfone-Vodafone?, ?Bakcell?, ?Nar Mobile?, ?Aztelekom? və ?BTRIB? də daxil olmaqla mobil və stasionar telefon operatorlarında balans artırmaq, habelə İnternet və kabel televiziyası provayderləri olan şirkətlərin xidmətləri üzrə abunə haqqını ödəmək imkanı yaradılıb. Bundan əlavə, kart sahibləri sayt vasitəsilə sığorta şirkətlərinin (?MBASK? və ?AzSığorta?), Tələbə qəbulu üzrə üzrə Dövlət Komissiyasının xidmətlərindən istifadə etmək, eləcə də Leykemiya ilə mübarizə üzrə İctimai birliyi və ?SOS Uşaq kəndləri Azərbaycan? humanitar təşkilatının mərhəmət aksiyalarında iştirak edə bilər. Xidmətlərin və ödənişlərin növündən asılı olmayaraq, hər bir kart sahibi, öz plastik kartı haqqında müvafiq məlumatı daxil etdiyi anından bir neçə saniyə ərzində, tam pulsuz şəkildə tranzaksiyalar həyata keçirə bilər. Bu zaman, ?Unibank? saytı vasitəsilə həyata keçirilən onlayn ödənişlərin etibarlılığına və təhlükəsizliyinə ?Visa? və ?MasterCard? beynəlxalq ödəniş sistemləri (VeriSign SSL şifrlənməsindən istifadə etməklə) tərəfindən nəzarət edilir. Qeyd edək ki, ?Unibank?ın elektron kommersiya sahəsində ?GoldenPay? şirkəti ilə tərəfdaşlığı nəticəsində yaxın gələcəkdə bank saytının ?İnternet Ödəmələr? səhifəsində kart sahiblərinə təqdim olunan xidmətlərin sayı artırılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA