4000 artıq vətəndaz ipoteka krediti alıb

img

20-04-2010 [03:48]


Bu ilin fevral ayı ərzində İpoteka Fondunun standartları ilə verilən ipoteka kreditlərinin həcmi 6 mln. manata yaxın olub. Fondun mətbuat xidmətinin məlumatına görə, 2006-cı ilin mart ayından başlayaraq qurumun xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 162 mln. manatı keçib. Nəticədə 4000-dən artıq ailə ipoteka krediti alıb. O da qeyd olunur ki, 1 iyun 2009-cu il tarixindən (ölkədə ipoteka kreditləşməsinin bərpa olunmasından) 31 dekabr 2009-cu ilədək 1800 nəfərə yaxın vətəndaşa ümumi həcmi 76 mln. manatdan artıq təşkil edən ipoteka krediti verilıb. Bu arada 2009-cu ilin ikinci yarısında verilmiş ipoteka kreditlərinin həcmi 2006-2007-ci illərdə verilmiş ipoteka kreditlərinin həcmindən (75,8 mln.manat) artıq olub. Yalnız 2009-cu ilin dekabr ayı ərzində verilən ipoteka kreditlərinin həcmi 9 mln.manat təşkil edib. Onu da bildirək ki, 22 aprel 2010-cu il tarixində Bakı Fond Birjasında İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək. Hərraca 3 000 000 AZN həcmində istiqraz çıxarılacaq.Xatırladaq ki, İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 30 dekabr 2009-cu il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə gəlirlilik 3,25% dir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA