iqtisadi inkizaf Nazirliyi zirniyyat müəssisəsini 60 min manat çərimələdi

img

20-04-2010 [01:49]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində fəaliyyət göstərən ?Elvan İrmak Qida Məhsulları? MMC barəsində şəkərli peçenye və qaletlərinistehsalı və satışı zamanı istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, adı çəkilən Dövlət Xidmətində müəssisənin nümayəndələrinin iştirakı ilə işə baxılaraq müvafiq qərar çıxarılıb. Belə ki, ?Elvan İrmak Qida Məhsulları? MMC tərəfindən ?Haqsız rəqabət haqqında? Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinin pozulduğu sübuta yetirilməklə, yol verdiyi qanun pozuntusuna görə müəssisəyə 60,7 min manat maliyyə sanksiyası tətbiq edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA