Türkiyədə neçə min məmur işdən çıxarıldı? - Statistika

img

25-07-2016 [16:49]


Dövlət çevrilişinə cəhddən sonra Türkiyədə işdən çıxarılan dövlət qulluqçularının sayı 45 min 954 nəfərə çatıb.

Bu barədə Anadolu Agentliyi məlumat verib.

Agentliyin hazırladığı məlumatda deyilir ki, bu sırada təhsil sahəsi liderlik edir. Bu sektordan 42 min 767 nəfər işdən çıxarılıb.  Ailə və Sosial siyasət Nazirliyindən 599 nəfər azad edilib. Elm, sənaye və texnologiya  Nazirliyindən  560 nəfər, Nəqliyyat, Dəniz və Kommunikasiyalar  Nazirliyindən –529 nəfər, TRT-dən 300 nəfər işdən qovulub.   

Bu tədbirlər həmçinin digər nazirliklərdə tətbiq edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA