?100 min manat kredit almaq üçün illərdir növbəyə dayanan sahibkarlar kredit ala bilmirlər?

img

19-04-2010 [03:20]


Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) təqdim edilən layihələrin qiymətləndirilməsi prosesi başa çatıb. Fond kənd təsərrüfatı sahəsində istehsalı artırmaq üçün 6 iri layihəni maliyyələşdirəcək. İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, bu layihələr kənd təsərrüfatında emal sənayesi ilə məşğul olan sahibkarlar tərəfindən təqdim olunan 16 layihənin içərisindən seçilib. Layihələrdən 3-ü südlük cins iribuynuzlu heyvandarlıq komplekslərinin, 2-si üzüm emalı müəssisələrinin yaradılmasının nəzərdə tutur. Bir layihə isə uşaq qidası istehsalının təşkilini həyata keçirəcək. Bu layihələrin maliyyələşdirilməsi üçün onların hər birinə uzunmüddətli kreditlər veriləcək. Bundan başqa, Sahibkarlığa Kömək Milli Fondu quşçuluq və digər təsərrüfatların yaradılması üzrə təkliflərin də qəbuluna başlayıb. Sual yaradan məqam dövlət büdcəsindən sahibkarlığın inkişafi üçün nəzərdə tutulan bu vəsaitlərə bütün sahibkarlıq subyektlərinin əlçatanlığının təmin edilib-edilməməsidir. Belə ki, kreditlərin verilməsi mexanizmi sadələşdirilsə də müəyyən əngəllər qalmaqdadır. Yeri gəlmişkən sadələşdirilmiş qaydalara əsasən, sahibkarlar Sahibkarlığa Yardım Milli Fonduna müraciət etdikdən, 28 gün müddətində tələb olunan maliyyəni almalıdırlar. Buna nail olmaq üçün sahibkar lazım olan kreditin dəyərində biznes-layihəni adıçəkilən fonda təqdim etməlidir. Layihə bəyənilərsə, sahibkar krediti ala bilər. Onu da xatırladaq ki, SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 36 müvəkkil bank və qeyri-bank kredit təşkilatları vasitəsilə həyata keçirilir. Iqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov sahibkarlara güzəştli kreditlərin verilməsinin müsbət hal olduğunu deyir. Amma bununla belə ekspert hesab edir ki, kreditlərin verilməsi zamanı şəffaflıq, o cümlədən monitorinq mexanizmlərinin olması vacibdir: ?Təssüf ki, kreditlərin verilməsinə nəzarət edən və qərar verən Müşahidə Şurasında vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etmir?. Məlum olur ki, banklarda 100 min manat kredit almaq üçün illərdir növbəyə dayanan sahibkarlar kredit ala bilmirlər: ?Amma yalnız bir sahibkar 3 milyon manat kredit alır. Sahibkarlarla söhbətlər göstərir ki, onların kredit almasında problemlər var. Banklara müraciət edən zaman sahibkarlara qərarın fond tərəfindən verildiyi söylənilir. Çox vaxt sahibkarların müraciəti müsbət qiymətləndirilmir. Bankirlərin özləri etiraf edirlər ki, son qərarı doğrudan da fond verir?. ?Maliyyə böhranı ərəfəsində və böhrandan sonra Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti olduqca əhəmiyyətlidir? deyən ekspert qonşu dövlətlərdə bu sahədə görülən işlərdi önə çəkdi:?Rusiyada verilən kreditlərin həcmi artırılmaqla yanaşı, prosesə nəzarət mexanizimləri gücləndirildi. Bu ölkənin baş nazirinin əmri ilə yeni fəaliyyətə başlayan sahibkarlar hökumətdən 10 min dollar həcmində kredit aldırlar. Sonrakı prosesdə onlar müvafiq fonda müraciət edərək, dövlət yardımlarında da iştirak edirdilər. Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti böhranın təsirlərinin azaldılması baxımından vacibdir?. Mütəxəssisin qənaətinə görə, problemlər qaldıqca sahibkarlıq inkişaf etməyəcək: ?Nəzərə alsaq ki, xaricdən vəsait cəlb etməsi imkanları olduqca məhduddur, eyni zamanda, kommersiya bankları kreditlər təklif etmir, o baxımdan dövlət dəstəyi vacibdir. Amma sahibkarlar bunu hiss etmir. Nəticədə bağlanan iş yerlərinin sayı artır?. V.Bayramov bildirir ki, 2009-cu il ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2101 sahibkarlıq subyektinin investisiya layihəsinə kredit ayrılıb. Kreditlərin ümumi məbləği 129559.3 manat təşkil edib. Ekspert qeyd edir ki, 2010-cu ildə Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına sahibkarların kreditləşməsinin həcmi minimum 115 mln. manat təşkil edəcək. Həmin vəsaitdən 44 mln. manatı dövlət büdcəsindən ayırmalar, 71 mln.-u fondun əvvəllər verdiyi kredit və kreditlərə görə faizlər üzrə qaytarmalar olacaq. Bu istiqamətə 115 milyon manatın ayrılmasını böyük rəqəm hesab edən ekspert şəffaflığın yaradılmayacağı təqdirdə kreditlərin iqtisadi əhəmiyyətinin olmayacağını vurğuladı: ?Son illər fond 500 milyon manatdan ox kredit verilib. Həmin krediti hansı şirkətlərin, sahibkarların aldığı məlum deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA