Dolların məzənnəsi maksimuma qalxdı - 4 ayın ən yüksək həddi

img

20-07-2016 [16:05]


Dolların məzənnəsi çərşənbə günü keçirilən ticarət sessiyasında digər əsas valyutalara nisbətən dörd aylıq maksimum göstəricinin ətrafındadır.

Buna səbəb ABŞ-da baş verənlər və Yaponiyanın Mərkəzi Bankının monetar siyasətin yumşaldılması üzrə görəcəyi tədbirlər üçün gözləntilərin artmasıdır.

Ticarət Nazirliyinin məlumatlarına əsasən, ABŞ-da tikilən obyektlərin (evlər daxil) sayı iyunda 4,8% artaraq 1,19 milyona çatıb. Halbuki analitiklər bu rəqəmin 17 milyon olacağını proqnozlaşdırırdı. Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumun (Brexit) ilkin şokundan sonra treyderlər Yapon Mərkəzi Bankının pul-kredit siyasətinin yumşaldılması istiqamətində qərar qəbul edəcəyini gözləməyə başladılar. Dollar digər əsas 6 valyutaya nisbətdə dəyişməz olaraq 97,067 səviyyəsində qalıb. Daha əvvəl isə 97,185 səviyyəsinə qədər yüksəlmişdi. Bu isə martın 10-dan etibarən ən yüksək göstəricidir. Avro isə 0,07% azalaraq 1,1013 dollara bərabər olub.

Avropa Mərkəzi Bankının cümə axşamı günü keçirəcəyi iclasda isə siyasətin yumşaldılması istiqamətində hər hansı əlavə tədbirlər görməyəcəyi gözlənilir.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA