"Ölkəyə idxal olunan yumurtalarda hər hansı xəstəliyin törədicisi aşkar edilməyib" - Rəsmi açıqlama

img

18-07-2016 [21:29]


Ölkəyə idxal olunan yumurtalar müayinədən keçirilib.

Bu barədə Mia.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli açıqlama verib.

Onun sölərinə görə, yumurtaların salmonella virus xəstəliyinə yoluxması və belə satılması ilə bağlı məlumatlar yoxlanılıb: "Respublikaya idxal olunan digər heyvandarlıq məhsulları ilə yanaşı, ərzaq yumurtalarından da nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasında bakterioloji, biokimyəvi, ağır metalların qalıq miqdarına, antibiotiklər və digər parametrlərə görə müvafiq müayinələrdən keçirilib. Aparılan müayinələrin nəticəsinə görə, idxal olunan ərzaq yumurtalarında hər hansı xəstəliyin törədicisi aşkar edilməyib”.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, idxal edilən yumurtalarda heç bir xəstəlik mövcud deyil. İdxal edilən heyvanın, heyvan mənşəli məhsulların, eləcə də yumurtanın satışına müvafiq laboratoriya müayinələrindən keçdikdən, yeyinti üçün yararlı olması müəyyən edildikdən sonra icazə verilir. Ölkəyə idxal edilən bütün heyvan mənşəli məhsullara nəzarət olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA