15-07-2016 [00:18]
Qubad İBADOĞLU, ADR Hərəkatının sədri, iqtisadçı
Bu gün Azərbaycan Respublikası Tarif Şurasının növbəti iclasında "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin artırılması barədə qərar qəbul edilib. Nəticədə 1 kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən olunub.
Hesab edirəm ki, bu artımın başlıca səbəbi xüsusilə də "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin getdikcə pisləşən maliyyə vəziyyəti və "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin isə artan xarici borclarıdır.
Hələ ötən il "Azərenerji”nin maliyyə vəziyyətinin sağlamlaşdırılması, "Azərişıq”, "Azərenerji” və Dövlət Neft Şirkəti arasında qarşılıqlı ödəmələr probleminin tənzimlənməsi məqsədi ilə Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, 2015-ci ilin 1 oktyabr tarixinə "Azərişıq”ın "Azərenerji”yə, "Azərenerji”nin Dövlət Neft Şirkətinə yanacağa görə yaranmış borclarının ödənilməsi məqsədi ilə "Azərişığ”a 416 mln. manat məbləğində büdcə ssudasının və "Azərenerji”nin 1 oktyabr tarixinə dövlət büdcəsinə vergilər üzrə yaranmış 360 mln. manat kreditor borcunun ödənilməsi üçün "Azərenerji”yə uzunmüddətli, aşağı faizli borc verib.
Bu ilin yanvar ayının 1-i tarixinə olan Azərenerji”nin dövlət büdcəinə borcunun məbləği 780 milyon manat və ya dövlət mülkiyyətində olan vergi ödəyicilərinin ümumilikdə borclarının 68,2 faizini təşkil edib.
Məlumat üçün bidirim ki, Asiya İnkişaf Bankı (AİB) və Azərbaycan hökuməti ölkənin enerji paylama şəbəkəsinin bərpası və genişləndirilməsi məqsədilə 1 milyard dollar məbləğində investisiya proqramı üzrə anlaşma memorandumu imzalayıblar.
Göründüyü kimi, hər iki dövlət təşkilatının artan maliyyə öhdəliklərinin müqabilində elektrik enerjisinin qiymətini bahalaşdıran hökümət borc yükünü əhalinin çiyninə yükləyir.
Su pulunun bahalaşmasından sonra ailə büdcəsində artan kommunal xərclərin payını Tarif Şurasının elektrik enerjisinin qiyməti ilə bağlı qərarı daha da çoxaldacaq. Bu da onsuz həm manatın devalvasiyasından və həm də ərzaq inflyasiyasından sonra xüsusilə də aztəminatlı əhalinin sosial vəziyyətini xeyli ağırladıracaq.
Tarif Şurasının son qərarı həmçinin hazırda mövcud olan ikirərəqəmli inflyasiyaya yüksəldici təsir göstərəcək. Bu qərardan sonra istehsal, satış və xidmət xərcləri artacaq ki, son nəticədə də əlavə məsrəflər məhsulun və xidmətin satış qiymətini bahaşdıracaq.
Hesab edirəm ki, hökümət elektrik enerjisinin qiymətinin bahalaşdırmamışdan əvvəl, differensial yanaşma ilə bağlı qərar qəbul etməli, gecə və gündüz üçün fərqli tariflər, eləcə də adambaşına 250 kilovata və ondan yuxarı elektrik enerjisi istehlak edən əhali qrupları üçün müxtəlif qiymətlər tətbiq etməlidir.
Müqayisə üçün qeyd edim ki, əhali qrupu üçün Qırğızıstanda 1 kilovat saat eletrik enerjisi 1,1 sent, Azərbaycanda 4,4 sent, Qazaxıstanda 4,7 sentdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi