"Unibank" pul köçürmələri sistemləri arasında öz tərəf-müqabillərinin sayını artırıb

img

16-04-2010 [04:55]


"Unibank" eyni zamanda üç pul köçürmələri sistemi - "Zolotaya korona", "BLİZKO" və "Coinstar" ilə əməkdaşlığa başladı; bununla da o, Azərbaycanda, beynəlxalq pul köçürmələri sistemləri operatorlarının sayını 10-a çatdıran banklar sırasında birincilərdən oldu. Bankın tərəf-müqabilləri olan yeni sistemlər dünyanın 190-an artıq ölkəsində fəaliyyət göstərir və ümumilikdə, təcili pul köçürmələrinin 53 500 qəbulu və göndərilməsi məntəqəsini birləşdirirlər. Artıq bu gün onlardan hər biri "Unibank"ın müştərilərinə pul vəsaitlərinin köçürmələrini, onların istiqamətindən və xidmət məntəqəsindən asılı olmayaraq, aşağı tariflərlə, tez, rahat və etibarlı şəkildə həyata keçirmək imkanı verir. Belə ki, "Coinstar"ın və "BLIZKO"nun fərqli cəhətləri - tariflərin unifikasiya olunması və pul vəsaitlərini bir dəqiqə ərzində, o cümlədən, dünyanın əhəmiyyətli ölkələrinin əksəriyyətinin hava limanlarında fəaliyyət göstərən "Travelex" və "?homas Cook" maliyyə büroları şəbəkəsi vasitəsilə göndərmək və ya almaq imkanıdır. Öz növbəsində, "Zolotaya korona" sistemi MDB ölkələrinə köçürmələrin həyata keçirilməsi üçün 1,5%-dən başlayan ən sərfəli tariflərlə fərqlənir. Müştərilər üçün rahatlıq həm də ondadır ki, onların ancaq köçürmənin göndərildiyi ölkəni və şəhəri göstərmək kifayətdir. Bu zaman köçürməni alan köçürmənin verilməsinin özü üçün ən əlverişli olan məntəqəsini özü seçə bilər. "Unibank"da pul köçürmələri sistemləri vasitəsilə vəsaitlərin göndərilməsi və ya alınması zamanı, bütün müştərilər əlavə bonuslara sahib olmaq imkanı əldə edirlər. Bir gün ərzində "Uibank"da 500$/500EUR (və ya 20 000 RUR) və daha artıq məbləğdə pul vəsaiti göndərənlər və ya alanlar mobil telefon üçün skreç-kartlar (konturlu kartlar) şəklində bonus alırlar. Aksiya bankın Gəncədə, Sumqayıtda, Şəmkirdə, Qubada, Mingəçevirdə, Şəkidə və Lənkəranda yerləşən regional filialları da daxil olmaqla, bütün 26 filialında və şöbələrində qüvvədədir. Qeyd etmək lazımdır ki, 2010-cu ilin yanvar-mart aylarında pul köçürmələri üzrə bankın dövriyyəsi artıq ötən ilin birinci rübün oxşar göstəricisi ilə müqayisədə 44% artıq olub. Bu dövr ərzində vətəndaşların hesab açılmadan yerinə yetirilmiş təcili pul köçürmələrinin sayı 55% artıb. Xatırladaq ki, ölkədə pul köçürmələrinin həcminin azalmasına baxmayaraq, 2009-cu ildə "Unibank"ın xidmət şəbəkəsi vasitəsilə ümumi məbləği 25,5 mln AZN olan 45 603 pul köçürməsi həyata keçirilib. Bu, 2008-ci ildə qeydə alınan həcmdən 27,5% çoxdur. "Zolotaya Korona", "BLIZKO" və "Coinstar" sistemlərindən başqa, "Unibank" bu gün "Western Union" (2000-ci ildən), "Bıstraya Poçta" (2005-ci il), "CONTACT" (2006-cı il), "Faster" (2007-ci il), "XPmoney" (2007-ci il), "Migom" (2008-ci il) və "LİDER" (2009-cu il) kimi beynəlxalq pul köçürmələri operatorları ilə işləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA