Dolların "dırmaşan" kursunu cilovlamaq olacaq? - Ekspertdən Mərkəzi Bankın son addımı haqda açıqlama

img

12-07-2016 [16:52]


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Dövlət Neft Fondu ilə Mərkəzi Bankın  hər biri 100 milyon ABŞ dolları olmaqla, ümumilikdə 200 milyon dollar məbləğində hərraca dollar çıxarıb və bu vəsaitin hamısı 29 banka satılıb.

Aylar sonra Mərkəzi Bankın satıcı qismində meydana çıxması isə iqtisadçılar arasında maraqla qarşılanıb. Çünki çoxları bu addımı dolların yüksələn kursunun "cilovlanması"na cəhd kimi yozmağa başlayıblar.

Mia.az xəbər verir ki, bununla bağlı açıqlama verən iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, Mərkəzi Bankın belə bir statusa qayıtması vacibdir:

"İyulun 1-də təklif etdiyim kimi, Mərkəzi Bank bu gün nəhayət satıcı qismində hərraca qayıtdı. Dövlət Neft Fondu ilə birlikdə sözügedən qurum kommersiya banklarına 200 milyon dollar satıb.

Bu isə o deməkdir ki, Mərkəzi Bank xarici valyutaya olan gündəlik tələbi tam ödəməklə, manatın dollara nisbətən kursunu mərhələli şəkildə stabilləşdirməyə cəhd etdi.

Əslində, Mərkəzi Bank bunu çoxdan, ən azı həmin təklifimi baş banka ünvanlayanda bunu etməli idi. O zaman qeyd etdiyim qalan digər 3 təklif də Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilərsə, kommersiya banklarının valyuta bazarındakı spekulyativ müdaxilələrini minimumlaşdırmaq və bununla da manata təzyiqi azaltmaq mümkündür".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA