12-07-2016 [13:57]
Arzuman LOĞMANOĞLU,
"Yeni Sözçü" qəzetinin baş redaktoru
"Borçalı” ictimai cəmiyyətinin (birliyinin) 25 iyun 2016-cı il tarixli növbədənkənar konfransı günlər ötsə də, onun nəticələri ilə bağlı razılaşmayanlar hələ də var. Konfransın qərarınıtanımayanların başında isə Cəmiyyətin sabiq sədri Zəlimxan Məmmədli dayanır.
Azərbaycan siyasi səhnəsində uğur qazana bilmədikdən sonra "Borçalı” ictimai cəmiyyəti ilə özünü gündəmdə saxlamağa çalışan Zəlimxan Məmmədlinin indi Cəmiyyətin 25 iyun 2016-cı il Konfransının qərarlarını qəbul etməməsini, sədrlikdən əl çəkmək istəməməsini anlamaq da olar.
Axı, Zəlimxan Məmmədli Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyevdən fərqli olaraq, AXCP-dən kənarlaşdırıldıqdan sonra nə özünün lider olduğu siyasi partiya yarada bildi, nə fərdi qaydada uğur qazanıb deputat seçildi. Siyasi partiya lideri və ya deputat ola bilməyən uğursuz bir siaysətçinin yeganə sığınacaq yeri ictimai birliklər, qeyri-hökumət təşkilatları ola bilər. Zəlimxan Məmmədli də bu yolu tutub. Ancaq onun "Borçalı” ictimai cəmiyyətinin sədri vəzifəsində fəaliyyəti uğurlu alınmayıb.
Məsələn, Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) Analitik İnformasiya Mərkəzinin rəhbəri İsmayıl Qacarın Zəlimxan Məmmədli haqqındakı ittihamlarını xatırlamaqla "Borçalı” İctimai Cəmiyyətinin sabiq sədrinin fəaliyyətinin nədən ibarət olduğu məlum olar.
Qeyd edək ki, İsmayıl Qacar Zəlimxan Məmmədlini hansısa dövlətin gizli sifarişini həyata keçirərək Borçalı türkləri, Borçalıda fəaliyyət göstərən təşkilatlar arsında, Azərbaycandakı əslən Borçalıdan olan ziyalılar arasında nifaq toxumu səpməkdə ittiham etmişdi. Halbuki, "Borçalı” ictimai cəmiyyətinin qarşısında duran məsələlər əslən Borçalı əsilli insanları ictimai, mədəni-mənəvi cəhətdən birləşdirmək, Borçalıdakı insanların problem və qayğılarının həllinə çalışmaq, bölgədə fəaliyyət göstərən təşkilatlar arasında birləşdiricilik rolu oynamaq, Azərbaycan və Gürcüstan hökumətlərinin mədəni əlaqələrinin inkişafına kömək etmək kimi məsələlərdən ibarət olmalıdır.
"Borçalı” ictimai cəmiyyəti 1993-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıqdan sonra məhz bu prinsiplər əsasında fəaliyyət göstərib. Bunun nəticəsidir ki, Cəmiyyətə qarşı indiyinə kimi heç bir iradlar da olmayıb.
"Borçalı”ictimai cəmiyyəti ilə bağlı iradlar, tənqidlər və hətta ittihamlar məhz Zəlimxan Məmmədlinin sədrliyi dövründə meydana çıxıb. Hətta belə iddialar var ki, Rusiya xüsusi xidmət orqanları ilə borçalıların əlaqə yaratmaq ənənəsini məhz Zəlimxan Məmmədli qoyub. Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) Analitik İnformasiya Mərkəzinin rəhbəri İsmayıl Qacar tərəfindən səsləndirilən bu iddia indiyədək Zəlimxan Məmmədli tərəfindən əsaslı şəkildə təkzib olunmayıb.
Rusiya xüsusi xidmət orqanlarının aborigen borçalılardan və başqa milli azlıqlardan istifadə edərək, bölgədə ziddiyyət və koflikt yaratmaq istəyi isə həmişə olub və son on ildə bu cəhdlər daha da güclənib. Bu məsələləri Gürcüstanda stabilliyin pozulmasına, Azərbaycanla münasibətlərin zədələnməsinə, ölkə üçün həyati əhəmiyyətə malik enerji və nəqliyyat layihələrinə təhlükə yarada biləcək cəhdlər olaraq dəyərləndirmək olar. Ona görə də, Azərbaycan dövləti bu məsələdə həmişə aydın mövqe tutub, Gürcüstanda qeyri-stablliyə yol verməmmək üçün hər cür fədəkarlıq edib.
Azərbaycan Respublikasının milli maraqları ilə ziddiyət təşkil edən bu məsələlərlə bağlı "Borçalı” ictimai cəmiyyəti Zəlimxan Məmmədlinin sədrliyi dövründə prinsipial mövqe tuta bilməyib. Sədr olduğu dönəmlərdə özünün addımlarını "QHT-lər haqqında”qanunun və Cəmiyyətin nizamnaməsinin müddəalarına uyğun apara bilməyib. İctimai birliyin fəaliyyət istiqamətini dəyişərək ona siyasi rəng verib. Bütün bunlar zaman-zaman Zəlimxan Məmmədliyə və bütövlükdə "Borçalı” ictiami cəmiyyətinə qarşı haqlı tənqid və ittihamların meydana çıxmasına səbəb olub. Nəhayət, Cəmiyyətin təsisçiləri və fəalları iyun ayının 25-də növbədənkənar konfrans çağıraraq Zəlimxan Məmmədlini sədrlikdən kənarlaşdırıblar.
Bununla belə, Zəlimxan Məmmədli Cəmiyyətin təsisçilərinin və fəallarının iradəsi ilə barışmaq və sədrlik iddiasından əl çəkmək istəmir. Özünü də cəmiyyətin adını da nüfuzdan salmaqda davam edir. Əlbəttə, bu məsələ tezliklə hüquqi müstəvidə öz həllini tapacaq. Ancaq Zəlimxan Məmmədli bu günə kimi "Borçalı” ictimai cəmiyyətinin imicinə vurduğu ziyanı anlamaq istəmir.Və qurumda qəsdən ikitirəlik yaranmasına şərait yaradır və bununla da ictimai fikrə təsir göstərməyə çalışır.
Bu isə görünür, onun "Borçalı” ictiami cəmiyyətinə, bütövlükdə Borçalıya və borçalılara son zərbəsidir. Ancaq bunun da sonu var. Bundan sonra Zəlimxan Məmmədlinin həmyerlilərinin məclislərinə hansı üzlə gedəcək?
O, bu haqda düşünsə özünün olan-qalan hörmətini saxlamış olardı. Amma görünür, təəssüf ki, o, bunu istəmir...
Bütün hallarda"Borçalı” ictimai cəmiyyəti isə üzərindəki bu ağır yükü atmalı, Zəlimxan Məmmədli isə özünün sonrakı fəaliyyətini götür-qoy etməlidir.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib