“Bank Standard” da yeni təyinat - Palata açıqladı

img

12-07-2016 [13:37]


Bu gün "Bank Standard” KB-nın müvəqqəti inzibatçısı tərəfindən Xalid Əhədov banka baş direktor təyin olunub.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

Məlumat verildiyi kimi, ”Bank Standard” KB-da yaranmış maliyyə problemlərin tənzimlənməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən mayın 3-dən etibarən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdir, kritik likvidlik çatışmazlığı ilə əlaqədar sosial xarakterli ödənişlər istisna olmaqla bankın digər öhdəliklərinin ödənişinə 4 iyul 2016-cı il tarixinədək moratorium tətbiq olunub.

Bankın sistem əhəmiyyətini nəzərə alaraq, 4 iyul 2016-cı ildə onun səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan "Azər-Türk Bank” ASC vasıtəsilə sanasiya edilməsi haqqında qərar qəbul edilib. Sanasiya proqramı çərçivəsində, X. Əhədov bankın İdarə Heyətinin Sədri səlahiyyətlərini icra edərək, 3 avqust 2016-cı il tarixinədək "Bank Standard” KB-nın idarəetmə orqanlarını formalaşdıracaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcəkdir.

Artıq Xalid Əhədov "Bank Standard”-ın kollektivinə təqdim edilib.

X.Əhədov 2002-ci ildən bank sektorunda fəaliyyətə başlayıb. O, "Bank of Baku” və "Unibank”da rəhbər vəzifələrdə işləyib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA