10-07-2016 [21:43]
Manatla bağlı vəziyyət yenə kritikdir. Əksər ekspertlər bildirirlər ki, manatı ilin sonunadək indiki səviyyədə saxlamaq qətiyyən mümkün olmayacaq. Əksinə, manat yenidən və kəskin şəkildə ucuzlaşma ehtimallarını saxlayır.
Ekspertlərin fikrincə, milli valyutanın dəyər itirməsini önləmək üçün bəzi addımlar atıla bilər. Ancaq bu mexanizmlərin olmaması devalvasiya narahatlığını bir qədər də artırır.
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı açıqlamasında bildirib ki, ümumən ən yaxşı halda, manatın indiki məzənnəsini ilin sonuna kimi saxlamaq mümkün olmayacaq:
"Yəni indi məzənnə 1,55-dirsə, ən yaxşı halda, 1.70-ə kimi gedib çıxacaq. Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası normal addımlar atarsa, manat nisbətən az dəyər itirə bilər. Ola bilər ki, vəziyyət bundan da pis olsun, dollar iki manatı da vurub keçsin. Bu ehtimal da var və böyükdür. Əgər tədbirlər görülməsə, belə də olacaq. Manatla bağlı proqnozu altı aylıq verərdim, üç ay ərzində ola bilər ki, məzənnəni zorla saxlasınlar. Altı ay ərzində isə saxlamaq mümkün olmayacaq.
Birincisi, Amerikanın Federal Ehtiyat Sistemi dollar kredirləti üzrə faiz dərəcəsini bu il mütləq artıracaq. Bu, dolların dünyada bahalaşmasına gətirəcək. Digər tərəfdən də ilin sonuna neftin qiymətinin yenidən azalması ehtimalı çoxdur. Çünki həm Səudiyyə Ərəbistanı, İran, hətta Amerikanın özü də neft hasilatını artırır. Bizdə isə əksinə, neft hasilatı azalır. Dollar gəlirlərimizin həcmi də azalacaq, dollar azalacaq. Manatın ucuzlaşacağının əsas səbəblərdən biri budur ki, Azərbaycan iqtisadiyyatında ciddi milli valyuta kütləsi azdır. Mərkəzi Bank get-gedə onu artırır, banklara kreditlər vermək yolu ilə bunu artırır. Bu proses mütləq davam edəcək. Kreditlərin verilməsi zamanı isə onların bir hissəsi dolların alışına gedəcək. Bu halda Mərkəzi Bank və Palata addımlar ata bilər ki, devalvasiya çox kəskin olmasın. Onlar Mərkəzi Bank tərəfindən banklara verilən kreditlərin təyinatı üzrə xərclənməsinə tam nəzarət etməlidirlər. Banklar manat kreditlərini dollar alışı üçün almırlar. Alırlar ki, kredit versinlər, biznesə, ölkə iqtisadiyyatının inkişafına kredit ayırsınlar. Amma çox zaman reallıqda belə olmur. Kreditlərdən təyinatı üzrə istifadə etmirlər. Mərkəzi Bank və Palata buna nəzarəti gücləndirməlidir. Hazırda belə nəzarət sistemimiz yoxdur. Bu, olsa, edə bilsələr, devalvasiya elə də güclü olmaya bilər”.
Ekspert Qubad İbadoğlu isə nüfuzlu "Bloomberg” agentliyinin növbəti dəfə Azərbaycan manatına həsr olunmuş yazısından danışıb:
"Yazıda iddia olunur ki, neft ucuzlaşandan sonra Azərbaycan iqtisadiyyatı dollara olan tələbatı ödəyə bilmir.
Vəziyyət getdikcə pisləşməkdədir. Son 11 ildə ilk dəfə 2015-ci ildə cari əməliyyatlar balansında kəsir yaranan tədiyyə balansı, son 13 ildə ilk dəfə bu ilin mart ayından başlayaraq 3 ay dalbadal xarici ticarət dövriyyəsində müşahidə olunan mənfi saldo manata olan təzyiqləri daha da artırır. Proqnoz məlumatlara görə, bu il ərzində xam neft ixracatından qiymət səviyyəsindən asılı olaraq 6-7 milyard dollar, qeyri-neft məhsullarının xaricə satışından isə 1 milyard dollara yaxın valyuta əldə olunacaq. Bu isə o deməkdir ki, bu il ərzində əldə edilən valyuta hətta gözlənilən rəsmi idxalla görə tələb olunan valyuta xərclərini belə qarsalamayacaq – baxmayaraq ki, güzgü statistikası metodologiyası aparılan hesablamalar göstərir ki, faktiki iidxal rəsmi idxaldan ən azı 30 faiz çoxdur.
Bununla yanaşı, 2016-cı il büdcəsindən beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi üçün 280 milyon manat, xarici dövlətlərə verilən kreditlər üzrə 106,6 milyon manat vəsait ayrılması nəzərdə tutulub – baxmayaraq ki, Azərbaycan Monteneqro hökumətinə xarici dövlətlərə verilən kreditlər üzrə məbləği ən azı 2 dəfədən çox üstələyən məbləğdə – 175 milyon avro kredit verilməsinə dair qərar verib və bu heç də sonuncu deyil. Belə ki, bu ilin birinci rübünə açıqlanan tədiyyə balansında xalis maliyyə aktivləri 3 milyard dollar ötüb ki, onun da 771 milyon dollarını xaricə yönəldilmiş birbaşa investisiyalar, 2,28 milyard dollarını portfel və digər investisiyalar təşkil edib.
Bundan əlavə, ARDNŞ-nin 2015-ci il hesabatında göstərilir ki, bu şirkətin cəmi öhdəlikləri 11,9 milyon manata çatıb, o sıradan qısa müddətli öhdəlikləri isə 3 milyard manatı ötüb ki, onun 90 faizindən çoxu xarici valyutadadır. Eyni zamanda 1 iyun 2016-cı il tarixə kommersiya banklarının xarici öhdəlikləri 6,7 milyard manat, depozitlər üzrə valyuta ilə olan daxili öhdəlikləri isə 18,7 milyard manat təşkil edir. Əlavə olaraq "Azərenerji” ASC-nin, "Azərbaycan Hava Yolları” aviaşirkətinin, "Azərsu” ASC-nin də xarici öhdəlikləri milyardlarla ölçülür”.
Ekspertin sözlərinə görə, ölkənin valyuta bazarında xarici valyuta təklifi tələbdən geri qalır:
"Göründüyü kimi, Azərbaycanın valyuta bazarında xarici valyuta təklifi tələbdən dəfələrlə geri qalır. Bu vəziyyətdə də manatın dollara qarşı məzənnəsinə olan təzyiqlər davam edəcək və bu halda manat artan təzyiqlərə Azərbaycan Mərkəzi Bankının iyunun 1-ə olan 4,284 milyard dollarlıq rəsmi beynəlxalq ehtiyatları bitənədək tab gətirə bilər. İyun ayından başlayan və getdikcə artan təzyiqlər bu templə il ərzndə "ehtiyatları” əridə bilər.
Ona görə də "Bloomberg” agentliyinin narahatlıqlarla dolu olan yazısı diqqətdə saxlanılmalıdır və məzənnə siyasəti elə tənzimlənməlidir ki, bu nə xarici borc öhdəliklərinin sürətlə artmasını, nə də strateji valyuta ehtiyatlarınınn kəskin azalmasını şərtləndirməsin. Bu da həqiqətən Mərkəzi Bankın qısa müddətli dövrdə məzənnə siyasətindən, uzunmüddətli dövrdə isə qeyri-neft ixracatından asılı olacaq”.
Q.İbadoğlu FES-in toplantısına da diqqət çəkib: "Bu ayın 26-27-də Federal Açıq Bazar üzrə Komitə yenidən toplanaraq ABŞ iqtisadiyyatının vəziyyətini müzakirə edəcək. Bu dəfə uçot dərəcəsinin yüksəldilməsi ehtimalı yüksəkdir. Bu isə manata həm xarici və həm də daxili psixoloji təzyiqi artıra bilər”.
Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi