ABŞ əmək bazarı ilə bağlı statistika açıqladı, dollar sürətlə bahalaşmağa başladı...

img

08-07-2016 [17:54]


İyun ayında ABŞ-da qeyri-aqrar sahədə 287 min yeni iş yeri açılıb.

ABŞ-ın Əmək Departamentinin açıqladığı statistikaya görə, bundan öncə ekspertlər iyunda 180 min yeni iş yerinin açılmasını proqnozlaşdırıb.

Bu rəqəm açıqlanandan sonra dollar sürətlə bahalaşmağa başlayıb – dolların indeksi 96,12-dən 96,52-dək yüksəlib. EUR/USD məzənnəsi 1,1075 səviyyəsindən 1,1035-dək geriləyib.

Qeyd edək ki, mayda qeyri-aqrar sahədə cəmi 38 min yeni iş yeri açılmışdı ki, bu da 2010-cu ilin sonundan etibarən ən zəif göstərici olub. Bu, Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsinin artırılmasının təxirə salınmasına dəstək olub.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA